Əfqanıstanda sutka ərzində “Taliban” hərəkatının 189 üzvü öldürülüb

2021/07/60f98-1627461830.jpg
Oxunub: 684     13:13     28 İyul 2021    
Əfqanıstan Müdafiə Nazirliyi son sutka ərzində “Taliban” hərəkatının 189 döyüşçüsünün öldürüldüyünü, 138-nin isə yaralandığını bildirib.

Ordu.az Əfqanıstan Müdafiə Nazirliyinin “Twitter” səhifəsinə istinadla xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələri Qəndəhar, Zabul, Herat, Cauzcan və Hilmənd əyalətlərində uğurlu əməliyyatlar keçirib. Əməliyyatlar nəticəsində, həmçinin 32 əldəqayırma partlayıcı qurğu aşkarlanaraq zərərsizləşdirilib.

Bu ərəfədə NATO-nun Baş katibi Yens Stoltenberq Əfqanıstan Prezidenti Əşrəf Qəni ilə telefon danışığında alyans tərəfindən hərbçilərin hazırlığı və maliyyə yardımı yolu ilə rəsmi Kabilə dəstəyin davam edəcəyini bildirib. 2024-cü ilədək Əfqanıstan hökuməti hər il ABŞ və NATO-dan ayrı-ayrılıqda 4 milyard dollar yardım alacaq.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan “Taliban” hərəkatı arasında qarşıdurma davam edir. 2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” hərəkatı arasında başlayan sülh danışıqları hələlik heç bir nəticə verməyib. Bu il aprelin 14-də ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatlar tarixində ən uzun xarici hərbi kampaniyaya çevrilən Əfqanıstandakı əməliyyatı başa çatdırmaq barədə qərar qəbul edib. “Taliban” hərəkatı isə xarici ölkə qoşunlarının Əfqanıstan çıxarılması fonunda bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Əfqanıstan   Taliban  

Əfqanıstanda sutka ərzində “Taliban” hərəkatının 189 üzvü öldürülüb

2021/07/60f98-1627461830.jpg
Oxunub: 685     13:13     28 İyul 2021    

Bizi "telegram"da izləyin