Fransa ordusuna 53.000 ədəd Almaniya istehsalı avtomatlar təhvil verilib

2021/07/Frans-1627458764.jpg
Oxunub: 5290     15:30     28 İyul 2021    
Fransa Silahlı Qüvvələri FAMAS avtomatlarının dəyişdirilməsi prosesini davam etdirir.

Ordu.az xəbər verir ki, Fransa ordusunun satınalmalar üzrə qurumu ölkənin silahlı qüvvələrinə 53.000 ədəd Almaniya istehsalı avtomatlar təhvil verildiyini açıqlayıb.

FAMAS Fransada 1978-ci ildə dizayn edilib. Bu silahlar 2028 -ci ilə qədər məhdud xidmətdə qalacaq.

Məlumata görə, 2028-ci ilə qədər 93000 ədəd avtomatın təhvil verilməsi planlaşdırılır.

Tərəflər arasında 2016-cı ildə imzalanan müqavilə 15 il ərzində 102.000 ədəd 5.56 x 45 mm kalibrli HK416 avtomatı 10.767 ədəd 40 x 46 mm kalibrli qumbaraatan, döyüş sursatı, ehtiyat hissələri, dəstək xidmətlərinin tədarükünü əhatə edir. Silah istifadəçinin tapşırığından asılı olaraq müxtəlif lülə uzunluqları olan iki versiyada çatdırılacaq və quru, hava, dəniz personalına təhvil veriləcək.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   SQ   FAMAS  


Fransa ordusuna 53.000 ədəd Almaniya istehsalı avtomatlar təhvil verilib

2021/07/Frans-1627458764.jpg
Oxunub: 5291     15:30     28 İyul 2021    
Fransa Silahlı Qüvvələri FAMAS avtomatlarının dəyişdirilməsi prosesini davam etdirir.

Ordu.az xəbər verir ki, Fransa ordusunun satınalmalar üzrə qurumu ölkənin silahlı qüvvələrinə 53.000 ədəd Almaniya istehsalı avtomatlar təhvil verildiyini açıqlayıb.

FAMAS Fransada 1978-ci ildə dizayn edilib. Bu silahlar 2028 -ci ilə qədər məhdud xidmətdə qalacaq.

Məlumata görə, 2028-ci ilə qədər 93000 ədəd avtomatın təhvil verilməsi planlaşdırılır.

Tərəflər arasında 2016-cı ildə imzalanan müqavilə 15 il ərzində 102.000 ədəd 5.56 x 45 mm kalibrli HK416 avtomatı 10.767 ədəd 40 x 46 mm kalibrli qumbaraatan, döyüş sursatı, ehtiyat hissələri, dəstək xidmətlərinin tədarükünü əhatə edir. Silah istifadəçinin tapşırığından asılı olaraq müxtəlif lülə uzunluqları olan iki versiyada çatdırılacaq və quru, hava, dəniz personalına təhvil veriləcək.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   SQ   FAMAS  


Bizi "telegram"da izləyin