AK Partiyanın nümayəndə heyəti Gəncədə Ermənistanın raket atdığı ərazidə olub

2021/07/2efda-1627394454.jpg
Oxunub: 808     17:54     27 İyul 2021    
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) nümayəndə heyəti Gəncə şəhərinə səfər edib.

AK Partiya sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti Gəncədə Vətən müharibəsi dövründə Ermənistanın raket atdığı ərazidə olub. Qonaqlar Ermənistanın dinc sakinlərə qarşı törətdiyi cinayətin izləri ilə tanış olublar.

Nümayəndə heyətinə məlumat verilib ki, Ermənistan Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq əraziyə gül düzüb.

Qonaqlar İmamzadə Dini Kompleksi və Nizami Gəncəvi Məqbərə Kompleksini də ziyarət edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AK-Partiya   Gəncə   Erməni-terror  


AK Partiyanın nümayəndə heyəti Gəncədə Ermənistanın raket atdığı ərazidə olub

2021/07/2efda-1627394454.jpg
Oxunub: 809     17:54     27 İyul 2021    
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) nümayəndə heyəti Gəncə şəhərinə səfər edib.

AK Partiya sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti Gəncədə Vətən müharibəsi dövründə Ermənistanın raket atdığı ərazidə olub. Qonaqlar Ermənistanın dinc sakinlərə qarşı törətdiyi cinayətin izləri ilə tanış olublar.

Nümayəndə heyətinə məlumat verilib ki, Ermənistan Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq əraziyə gül düzüb.

Qonaqlar İmamzadə Dini Kompleksi və Nizami Gəncəvi Məqbərə Kompleksini də ziyarət edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AK-Partiya   Gəncə   Erməni-terror  


Bizi "telegram"da izləyin