Qarabağda erməni əsgərin ölümü ilə bağlı yeni detallar məlum olub, səbəbləri araşıdırılır

2021/07/742-1627374314.jpg
Oxunub: 1209     12:23     27 İyul 2021    
Xəbər verdiyimiz kimi, dünən saat 22:26 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz “hərbi birləşmə”nin hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Sarkis Jirayr Qriqoryan naməlum şəraitdə ölümcül yara alaraq ölüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qriqoryan döş qəfəsinin sol hissəsindən ölümcül odlu silah yarası alıb.

Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsinin hərbi istintaq baş idarəsinin üçüncü qarnizon istintaq şöbəsində Ermənistan Cinayət Məcəlləsinin 360.1-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə cinayət işi açılıb və ilkin istintaq aparılır.

Erməni əsgərin ölüm səbəbi araşdırılır. İlkin məlumata görə, o intihar edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm   Detallar  


Qarabağda erməni əsgərin ölümü ilə bağlı yeni detallar məlum olub, səbəbləri araşıdırılır

2021/07/742-1627374314.jpg
Oxunub: 1210     12:23     27 İyul 2021    
Xəbər verdiyimiz kimi, dünən saat 22:26 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz “hərbi birləşmə”nin hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Sarkis Jirayr Qriqoryan naməlum şəraitdə ölümcül yara alaraq ölüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qriqoryan döş qəfəsinin sol hissəsindən ölümcül odlu silah yarası alıb.

Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsinin hərbi istintaq baş idarəsinin üçüncü qarnizon istintaq şöbəsində Ermənistan Cinayət Məcəlləsinin 360.1-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə cinayət işi açılıb və ilkin istintaq aparılır.

Erməni əsgərin ölüm səbəbi araşdırılır. İlkin məlumata görə, o intihar edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm   Detallar  


Bizi "telegram"da izləyin