ABŞ Britaniyanın nəhəng müdafiə sənayesi şirkətini almaq niyyətindədir

2021/07/F5C0D-1627370902.jpg
Oxunub: 878     16:49     27 İyul 2021    
Britaniyada yerləşən “Ultra Electronics” adlı nəhəng müdafiə sənayesi şirkəti satışa çıxarılıb.

Ordu.az xəbər verir ki, ABŞ-da yerləşən “Advent International” şirkəti onu almaq üçün 2,6 milyard funt sterlinq təklif edib.

Britaniyada yerləşən “Cobham” adlı müdafiə və aviasiya şirkəti ABŞ-ın “Advent International” şirkəti tərəfindən keçən il 4 milyard funt sterlinqə alınıb. Əldə edilən məlumata görə, “Advent International”ın bir hissəsi olan “Cobham” indi “Ultra Electronics” şirkətini almaq istəyir.

Hava, dəniz və raket platformaları üçün vacib komponent tədarükçüsü olan “Ultra Electronics” hazırda dünyanın ən böyük 83-cü müdafiə sənayesi şirkətidir.

“Ultra Electronics” sonar kimi dəniz sistemlərində istifadə olunan avadanlıqlarda da ixtisaslaşıb. “Cobham”ın havadan havaya yanacaq doldurma texnologiyasından bir çox qərb ölkəsinin hava qüvvələri geniş istifadə edir. 4500 nəfərin çalışdığı “Ultra Electronics” və “Cobham” eyni zamanda Britaniya Donanmasının iki yeni təyyarə gəmisində istifadə olunan F-35 və “Eurofighter Typhoon” döyüş təyyarələrinin komponentlərinin tədarükçüsüdür.

“Ultra Electronics” Türkiyədə də dəniz platformaları üçün vacib hissələri təmin edir.

Sevinc Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Britaniya   Ultra-Electronics  

ABŞ Britaniyanın nəhəng müdafiə sənayesi şirkətini almaq niyyətindədir

2021/07/F5C0D-1627370902.jpg
Oxunub: 879     16:49     27 İyul 2021    

Bizi "telegram"da izləyin