Ermənistan müharibənin detallarını araşdıran parlament istintaq komissiyası yaradır

2021/04/90f6e-1617628392.jpg
Oxunub: 1516     11:23     27 İyul 2021    
“44 günlük müharibənin detallarını araşdıran parlament istintaq komissiyası yaratmaqla bağlı qərar qəbul edilib”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə brifinqdə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin üzvü Alen Simonyan deyib.

Simonyan əlavə edib ki, bu mərhələdə çox detallar müzakirə edilməyib, ancaq komissiyanın yaradılması haqqında qərar var.

“Düşünürük ki, bu məsələdə parlamentdən kənar müxalifətin iştirakı da olmalıdır və bu komissiyanın fəaliyyəti bu gün parlamentdə təmsil edilən partiyalarla məhdudlaşmamalıdır”, - deyə o qeyd edib.

Xatırladaq ki, Ermənistan parlamentində Aprel döyüşlərinin detallarını araşdıran istintaq komissiyası da qurulmuşdu. Bir çox rəsmilər komissiyada dindirilsə də, komissiyanın işi nəticəsiz qaldı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə   Detallar  


Ermənistan müharibənin detallarını araşdıran parlament istintaq komissiyası yaradır

2021/04/90f6e-1617628392.jpg
Oxunub: 1517     11:23     27 İyul 2021    
“44 günlük müharibənin detallarını araşdıran parlament istintaq komissiyası yaratmaqla bağlı qərar qəbul edilib”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə brifinqdə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin üzvü Alen Simonyan deyib.

Simonyan əlavə edib ki, bu mərhələdə çox detallar müzakirə edilməyib, ancaq komissiyanın yaradılması haqqında qərar var.

“Düşünürük ki, bu məsələdə parlamentdən kənar müxalifətin iştirakı da olmalıdır və bu komissiyanın fəaliyyəti bu gün parlamentdə təmsil edilən partiyalarla məhdudlaşmamalıdır”, - deyə o qeyd edib.

Xatırladaq ki, Ermənistan parlamentində Aprel döyüşlərinin detallarını araşdıran istintaq komissiyası da qurulmuşdu. Bir çox rəsmilər komissiyada dindirilsə də, komissiyanın işi nəticəsiz qaldı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə   Detallar  


Bizi "telegram"da izləyin