Ceyhun Bayramov: "Ermənistandan təkliflərimizə qarşı heç bir addım görmürük"

2021/03/mhm-1-1615975659.jpg
Oxunub: 647     16:08     26 İyul 2021    
“Təəssüf ki, hələlik Ermənistan tərəfinin sülhlə bağlı təkliflərimizə cavab tədbirlərini müşahidə etmirik".

Ordu.az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan serbiyalı həmkarı Nikola Selakoviçlə görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.

“Ermənistan tərəfindən torpaqlarımızın 30 ilə yaxın davam edən işğal faktı, Vətən müharibəsi nəticəsində işğala son qoyulması və beynəlxalq hüququn bərqərar olması barədə həmkarımı məlumatlandırdım. Həmçinin, sülhün əldə olunması, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, orada şəraitin yaradılması və yenidənqurma işləri barədə Azərbaycan tərəfindən atılan sistemli addımlar barədə də məlumat verdim.

Ermənistanla münasibətlərin normallaşma imkanları, iki ölkə arasında sülh müqaviləsi təklifi, sərhədlərin delimitasiyası istiqamətində Azərbaycan tərəfinin atdığı addımlar barədə də bildirdim”, - XİN rəhbəri qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azəebaycan   Ermənistan   Təklif  


Ceyhun Bayramov: "Ermənistandan təkliflərimizə qarşı heç bir addım görmürük"

2021/03/mhm-1-1615975659.jpg
Oxunub: 648     16:08     26 İyul 2021    
“Təəssüf ki, hələlik Ermənistan tərəfinin sülhlə bağlı təkliflərimizə cavab tədbirlərini müşahidə etmirik".

Ordu.az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan serbiyalı həmkarı Nikola Selakoviçlə görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.

“Ermənistan tərəfindən torpaqlarımızın 30 ilə yaxın davam edən işğal faktı, Vətən müharibəsi nəticəsində işğala son qoyulması və beynəlxalq hüququn bərqərar olması barədə həmkarımı məlumatlandırdım. Həmçinin, sülhün əldə olunması, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, orada şəraitin yaradılması və yenidənqurma işləri barədə Azərbaycan tərəfindən atılan sistemli addımlar barədə də məlumat verdim.

Ermənistanla münasibətlərin normallaşma imkanları, iki ölkə arasında sülh müqaviləsi təklifi, sərhədlərin delimitasiyası istiqamətində Azərbaycan tərəfinin atdığı addımlar barədə də bildirdim”, - XİN rəhbəri qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azəebaycan   Ermənistan   Təklif  


Bizi "telegram"da izləyin