Təxribatçı erməni hərbi qulluqçunu 8 saat əməliyyat ediblər, böyrəyi çıxarılıb, vəziyyəti ağırdır

2017/11/345345_1511421403.jpg
Oxunub: 1958     14:15     26 İyul 2021    
Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. Nazirlik bildirib ki, qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilib.

Nəticədə, təxribata cəhd edərkən yaralanan müddətli erməni hərbi qulluqçu Arman Atesyanın vəziyyəti son dərəcə ağırdır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Hərbi Tibb İdarəsinin rəisi, erməni polkovnik Sahak Ohanyan bildirib.

“Yoğun bağırsağı, nazik bağırsağı zədələnib, sol böyrəyi çıxarılıb. 8 saatlıq əməliyyatdan sonra səhər saat 6-da Mərkəzi Klinik Hospitalına yerləşdirilib. İki hərbi qulluqçunun vəziyyəti yüngüldür, aşağı ətraflarda güllə yaraları olub, müvafiq tibbi yardım göstərilib”, - deyə Ohanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Yaralı  


Təxribatçı erməni hərbi qulluqçunu 8 saat əməliyyat ediblər, böyrəyi çıxarılıb, vəziyyəti ağırdır

2017/11/345345_1511421403.jpg
Oxunub: 1959     14:15     26 İyul 2021    
Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. Nazirlik bildirib ki, qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilib.

Nəticədə, təxribata cəhd edərkən yaralanan müddətli erməni hərbi qulluqçu Arman Atesyanın vəziyyəti son dərəcə ağırdır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Hərbi Tibb İdarəsinin rəisi, erməni polkovnik Sahak Ohanyan bildirib.

“Yoğun bağırsağı, nazik bağırsağı zədələnib, sol böyrəyi çıxarılıb. 8 saatlıq əməliyyatdan sonra səhər saat 6-da Mərkəzi Klinik Hospitalına yerləşdirilib. İki hərbi qulluqçunun vəziyyəti yüngüldür, aşağı ətraflarda güllə yaraları olub, müvafiq tibbi yardım göstərilib”, - deyə Ohanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Yaralı  


Bizi "telegram"da izləyin