Rusiya Suriyanın Hava Hücumundan Müdafiə sistemini təkmilləşdirir

2021/07/23798-1627283466.jpg
Oxunub: 804     16:19     26 İyul 2021    
Rusiya Suriya ordusunun Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin təkmilləşdirilməsinə dəstək verəcək.

Ordu.az xəbər verir ki, bu barədə Londonda ərəb dilində dərc olunan “Asharq Al-Awsat” nəşri öz mənbələrinə istinadən yazıb.

Nəşr qeyd edir ki, Rusiya hərbi texnikanı yeniləməyə başlamazdan əvvəl ABŞ-a məlumat verib.

Ötən həftə Suriya mətbuatı ölkəyə iki dəfə raket hücumunun həyata keçirildiyini bildirib. Suriya hökuməti hücumlara görə İsrailin məsuliyyət daşıdığını bildirib.

Yüksək səviyyəli Amerika kəşfiyyat məmuru “Associated Press” (AP) agentliyinə, hava hücumlarının ABŞ tərəfindən verilən kəşfiyyat məlumatları ilə edildiyini bildirib.

Rusiya isə hücumlara görə narahat olduğunu dilə gətirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   HHM  


Rusiya Suriyanın Hava Hücumundan Müdafiə sistemini təkmilləşdirir

2021/07/23798-1627283466.jpg
Oxunub: 805     16:19     26 İyul 2021    
Rusiya Suriya ordusunun Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin təkmilləşdirilməsinə dəstək verəcək.

Ordu.az xəbər verir ki, bu barədə Londonda ərəb dilində dərc olunan “Asharq Al-Awsat” nəşri öz mənbələrinə istinadən yazıb.

Nəşr qeyd edir ki, Rusiya hərbi texnikanı yeniləməyə başlamazdan əvvəl ABŞ-a məlumat verib.

Ötən həftə Suriya mətbuatı ölkəyə iki dəfə raket hücumunun həyata keçirildiyini bildirib. Suriya hökuməti hücumlara görə İsrailin məsuliyyət daşıdığını bildirib.

Yüksək səviyyəli Amerika kəşfiyyat məmuru “Associated Press” (AP) agentliyinə, hava hücumlarının ABŞ tərəfindən verilən kəşfiyyat məlumatları ilə edildiyini bildirib.

Rusiya isə hücumlara görə narahat olduğunu dilə gətirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   HHM  


Bizi "telegram"da izləyin