ABŞ döyüş gəmisindən “Aegis” raket əleyhinə müdafiə sisteminin sınaqlarını keçirib

2021/07/3AILL-1627283277.jpg
Oxunub: 575     15:14     26 İyul 2021    
ABŞ Havay adalarının şimal-qərbində “Aegis” raket əleyhinə müdafiə sisteminin sınaqlarını keçirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Raketdən Müdafiə Agentliyi məlumat yayıb.

Sınaqlar zamanı sistem okean üzərində iki ballistik raket hədəfindən birini uğurla məhv edib. Agentlik ikinci hədəfin məhv olub-olmadığı barədə məlumat verməyib.

Raket əleyhinə sınaqlar texnologiyanı inkişaf etdirmək üçün yaxşı fürsətdir, eyni zamanda qlobal mərhələdə ABŞ müdafiə gücünü nümayiş etdirir. Raketdən Müdafiə Agentliyinin bəyan etdiyi vəzifə ABŞ-ı və hərbi qüvvələrini və ABŞ müttəfiqlərini qorumaq üçün istifadə edilə bilən çoxqatlı sistem inkişaf etdirməkdir.

Agentlik sınaqların bu günə qədər həyata keçirilən ən mürəkkəb missiya olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Havay-adaları   Aegis  


ABŞ döyüş gəmisindən “Aegis” raket əleyhinə müdafiə sisteminin sınaqlarını keçirib

2021/07/3AILL-1627283277.jpg
Oxunub: 576     15:14     26 İyul 2021    
ABŞ Havay adalarının şimal-qərbində “Aegis” raket əleyhinə müdafiə sisteminin sınaqlarını keçirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Raketdən Müdafiə Agentliyi məlumat yayıb.

Sınaqlar zamanı sistem okean üzərində iki ballistik raket hədəfindən birini uğurla məhv edib. Agentlik ikinci hədəfin məhv olub-olmadığı barədə məlumat verməyib.

Raket əleyhinə sınaqlar texnologiyanı inkişaf etdirmək üçün yaxşı fürsətdir, eyni zamanda qlobal mərhələdə ABŞ müdafiə gücünü nümayiş etdirir. Raketdən Müdafiə Agentliyinin bəyan etdiyi vəzifə ABŞ-ı və hərbi qüvvələrini və ABŞ müttəfiqlərini qorumaq üçün istifadə edilə bilən çoxqatlı sistem inkişaf etdirməkdir.

Agentlik sınaqların bu günə qədər həyata keçirilən ən mürəkkəb missiya olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Havay-adaları   Aegis  


Bizi "telegram"da izləyin