“Hraparak”: Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq haqqında danışır

2021/07/image-1627282139.jpg
Oxunub: 1796     19:21     26 İyul 2021    
“Azərbaycan Prezidenti İlham Əliyev güclü hüququ ilə Ermənistana qarşı fəaliyyətini davam etdirir. Və gözəl bir gün Ermənistan XİN-in cavabının başqa tonda səslənməsi üçün heç nə, tamamilə heç nə edilmir”.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşrində dərc olunan məqalədə qeyd olunub.

“Təbii olaraq bu, XİN-dən asılı deyil, lakin tamamilə onun rəhbəri olan Ermənistan Baş nazirinin səlahiyyətləri sahəsindədir. Bəs sonuncu bu istiqamətdə nə edir? Burada da heç nə, tamamilə heç nə deməyə məcburuq. O, türklərlə düşmən hesab edilməmək və Azərbaycanla sülh müqaviləsi imzalamaq haqqında danışır”, - deyə məqalədə bildirilib.

Müəllifin sözlərinə görə, Paşinyan cəmi bir dəfə şimal-şərq sərhədlərinin möhkəmləndirilməsi məsələsinə toxunub, lakin qısa müddət sonra virtual möhkəmləndirməni nəzərdə tutduğu məlum olub, çünki əslində heç nə edilməyib.

“Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq lazımdır ki, Ermənistan XİN, Ermənistan MN və Ermənistan Baş naziri eyni məntiqdə danışsın, fəaliyyət göstərsin, bir-birinə zidd olmasın və bu, Ermənistan üçün həqiqətən faydalı olsun”, - deyə müəllif vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


“Hraparak”: Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq haqqında danışır

2021/07/image-1627282139.jpg
Oxunub: 1797     19:21     26 İyul 2021    
“Azərbaycan Prezidenti İlham Əliyev güclü hüququ ilə Ermənistana qarşı fəaliyyətini davam etdirir. Və gözəl bir gün Ermənistan XİN-in cavabının başqa tonda səslənməsi üçün heç nə, tamamilə heç nə edilmir”.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşrində dərc olunan məqalədə qeyd olunub.

“Təbii olaraq bu, XİN-dən asılı deyil, lakin tamamilə onun rəhbəri olan Ermənistan Baş nazirinin səlahiyyətləri sahəsindədir. Bəs sonuncu bu istiqamətdə nə edir? Burada da heç nə, tamamilə heç nə deməyə məcburuq. O, türklərlə düşmən hesab edilməmək və Azərbaycanla sülh müqaviləsi imzalamaq haqqında danışır”, - deyə məqalədə bildirilib.

Müəllifin sözlərinə görə, Paşinyan cəmi bir dəfə şimal-şərq sərhədlərinin möhkəmləndirilməsi məsələsinə toxunub, lakin qısa müddət sonra virtual möhkəmləndirməni nəzərdə tutduğu məlum olub, çünki əslində heç nə edilməyib.

“Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq lazımdır ki, Ermənistan XİN, Ermənistan MN və Ermənistan Baş naziri eyni məntiqdə danışsın, fəaliyyət göstərsin, bir-birinə zidd olmasın və bu, Ermənistan üçün həqiqətən faydalı olsun”, - deyə müəllif vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin