ABŞ-ın MQ-9 “Reaper” PUA-ları tam avtomatik qalxma və enmə həyata keçirib

2020/06/WEC2K-1591426372.jpg
Oxunub: 909     18:42     26 İyul 2021    
ABŞ Hərbi Hava Qüvvələri MQ-9 “Reaper” PUA-larının ilk dəfə tam avtomatik qalxma və enməsini həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Holloman aviabazasında həyata keçirilən sınaqlar zamanı PUA yeni quraşdırılmış avtomatik havaya qalxma və yerə enmə qurğularından istifadə edib.

Bundan əvvəl peyk rabitəsi ilə PUA-nın havaya qaldırılması və təcili vəziyyət olduğu təqdirdə ehtiyat rabitə sisteminin işə salınması kimi yeni funksiyaları sınaqdan keçirilib.

ABŞ peyk rabitəsi vasitəsilə çox uzaq məsafələrdə yerləşən PUA-ları idarə edə bilir. Ancaq PUA-ların havaya qaldırılması üçün ərazidə əlavə heyətə ehtiyac var. Yeni funksiya ilə PUA-nın yaxınlığında olan heyətin sayı tamamilə azaldılacaq. ABŞ öz ərazisindən Asiyada yerləşən PUA-larını havaya qaldıra, endirə və idarə edə biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   MQ-9-Reaper  


ABŞ-ın MQ-9 “Reaper” PUA-ları tam avtomatik qalxma və enmə həyata keçirib

2020/06/WEC2K-1591426372.jpg
Oxunub: 910     18:42     26 İyul 2021    
ABŞ Hərbi Hava Qüvvələri MQ-9 “Reaper” PUA-larının ilk dəfə tam avtomatik qalxma və enməsini həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Holloman aviabazasında həyata keçirilən sınaqlar zamanı PUA yeni quraşdırılmış avtomatik havaya qalxma və yerə enmə qurğularından istifadə edib.

Bundan əvvəl peyk rabitəsi ilə PUA-nın havaya qaldırılması və təcili vəziyyət olduğu təqdirdə ehtiyat rabitə sisteminin işə salınması kimi yeni funksiyaları sınaqdan keçirilib.

ABŞ peyk rabitəsi vasitəsilə çox uzaq məsafələrdə yerləşən PUA-ları idarə edə bilir. Ancaq PUA-ların havaya qaldırılması üçün ərazidə əlavə heyətə ehtiyac var. Yeni funksiya ilə PUA-nın yaxınlığında olan heyətin sayı tamamilə azaldılacaq. ABŞ öz ərazisindən Asiyada yerləşən PUA-larını havaya qaldıra, endirə və idarə edə biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   MQ-9-Reaper  


Bizi "telegram"da izləyin