Kəlbəcər istiqamətində nə baş verir?| “Azərbaycan 7.000 nəfərlik qoşun toplayıb”

2021/07/55-1627119266.jpg
Oxunub: 24424     14:04     24 İyul 2021    
Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. Nazirlik bildirib ki, qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilib.

Dünən gecə saatlarında Müdafiə Nazirliyi yenidən məlumat yayaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışmaların davam etdiyini bildirib. Bu günə olan məlumata görə, Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.

Ermənistan tərəfi ənənəvi olaraq dezinformasiyalar yayırdı. Ermənistan KİV-ləri məlumat yaydı ki, guya Azərbaycan ordusuna məxsus PUA vurulub. Müdafiə Nazirliyi məlumatı təkzib edərək bunun növbəti dezinformasiya olduğunu qeyd etdi.

Atışmalarda Ermənistan ordusunun 3 hərbi qulluqçusu zərərsizləşdirilib. Məlumata görə, Vardenis şəhərindən iki müqaviləli və Hrazdan şəhərindən bir müddətli erməni hərbi qulluqçu İrəvana köçürülüb. Yaralı erməni əsgərlərdən biri Muratsan hərbi hospitalında əməliyyat edilib. Yaralılardan biri, 1977-ci il təvəllüdlü müqaviləli erməni hərbi qulluqçu, Vardenis şəhərinin Akunk kəndinin sakini Navoyan Lernikdir. Güllə Lernikin budundan dəyib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Atışmalar Ermənistanın siyasi və ictimai dairələrində Paşinyana qarşı qəzəb yaradıb.

Erməni politoloq Qaqik Hambaryan “Facebook” səhifəsində yazıb: “3 yaralımız var. Nikolçular, palçıq və peyin, azərbaycanlıların özlərininki hesab etdiklərini onlara təhvil verin və evlərinizə girənə qədər türklərlə xoşbəxt yaşayın”.

Ermənistanın Qeğamasar icmasının rəhbəri Hakob Avetyan qeyd edib ki, təcili yardım maşını sürətlə yaxınlaşıb, üç hərbi qulluqçuya yardım göstərib: “Avtomat, pulemyot, bənzər silahlardan atəş açılıb, lakin uzaqdan artilleriya səsləri kimi eşidilib”.

Ermənistanın “Milli Nəzarət Sistemi” ictimai təşkilatı “Facebook” səhifəsində video paylaşıb və yanında yazıb: “Azərbaycan sərhədlərdə yerləşən mövqelərində böyük sayda qoşun və sursatı artırmağa davam edir. Mənbələrimizin məlumatına görə, Qaragöldən Nerkin Xndzoreskə qədər olan sektorda rəqib təxminən 7.000 nəfərlik qoşun toplayıblar”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kəlbəcər   Azərbaycan  

Kəlbəcər istiqamətində nə baş verir?| “Azərbaycan 7.000 nəfərlik qoşun toplayıb”

2021/07/55-1627119266.jpg
Oxunub: 24425     14:04     24 İyul 2021    

Bizi "telegram"da izləyin