Ermənistan Müdafiə Nazirliyi daxilində nə baş verir? - Karapetyanın yeni missiyası

2021/04/34534-1618554177.jpg
Oxunub: 2372     11:12     23 İyul 2021    
Paşinyan Ermənistan Müdafiə naziri Vağarşak Harutyunyanı vəzifədən azad edib. Onun əvəzinə Müdafiə nazirinin birinci müavini vəzifəsinə gətirilən Arşak Karapetyan təyin olunacaq. Hökumətin tərkibin əsas hissəsinin formalaşması həyata keçirilmədiyi müddətcə, o, Müdafiə nazirinin öhdəliklərini yerinə yetirəcək, hökumətin formalaşması zamanı isə, göründüyü kimi, nazir vəzifəsini tutacaq.

Harutyunyan haqqında deyəcək xüsusi bir şey yoxdur, sadəcə çox zəif nazirdir. Üstəlik Vağarşak Harutyunyan 1999-2000-ci illərdə Müdafiə naziri vəzifəsini tutub və sistemdən, yumşaq desək, pis idarəçiliyə görə uzaqlaşdırılıb. Daha çox 2002-ci il iyulun 22-də Robert Köçəryanın fərmanı ilə rütbədən məhrum edilib. 2018-ci il hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyanın birbaşa təşəbbüsü, Ermənistan prezidentinin 2019-cu il 24 avqust tarixli fərmanı ilə Vağarşak Harutyunyan general-leytenant rütbəsinə yüksəlib və 2020-ci ildəki müharibədən sonra Davit Tonoyan vəzifəsindən azad edildikdə, Harutyunyan yenidən Müdafiə Nazirliyinin rəhbəri təyin edilib.

Vağarşak Harutyuynyan vəzifədə olduğu 8 ay ərzində müvəqqəti olaraq bu yüksək vəzifəyə təyin edilmiş keçid kadr olaraq qalıb, tam hüquqlu nazir olmayıb. Ümumiyyətlə Vağarşak Harutyunyan bütün bu müddət ərzində Ermənistan ordusunun döyüş qabiliyyətini qaldırmaq, sərhədlərin müdafiəsini yaxşılaşdırmaq, mühəndis infrastrukturları yaratmaq istiqamətində heç bir addım atmayıb, halbuki sərhədlərin möhkəmləndirilməsi Ermənistanın müharibədəki məğlubiyyətindən sonra Müdafiə nazirinin etməli olduğu ən vacib məsələ idi.

Hər halda, Harutyunyanın təyinatı əvvəldən yaxşı bir şey vəd etməmişdi. Ermənilər iddia iddia edir ki, Azərbaycan ordusu Ermənistan ərazisinə girib. Əgər belədirsə və o zaman istefa etməyibsə, indi niyə istefa edir? Və ən əsası onun əvəzləyicisi Arşak Karapetyan kimdir? Bu barədə bir az sonra danışacağıq.

Bundan əvvəl qeyd edək ki, mətbuatda yer alan məlumatlara görə, Nikol Paşinyan Vağarşak Harutyunyanı Təhlükəsizlik Şurasının katibi təyin etmək niyyətindədir. Arşak Karapetyana gəldikdə, o, 2016-cı ilin aprel ayına qədər Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi olub. Aprel döyüşlərindən sonra 2016-cı il aprelin 26-da Arşak Karapetyan Serj Sarkisyanın fərmanı ilə üç yüksək rütbəli hərbçi ilə birlikdə tutduğu vəzifədən azad edilib.

Bundan başqa, Müdafiə nazirinin müavini – maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan və Ermənistan Silahlı Qüvvələrinin Rabitə Qoşunlarının rəisi – rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi Komitas Muradyan da azad edildi. O dövrdə mətbuatda Arşak Karapetyanın Aprel döyüşləri zamanı buraxılan səhvlərdə böyük məsuliyyət payına sahib olduğu barədə məlumatlar yayılmışdı.

Siyasi təyinatın əsasında duran məsələ həm keçmişdə, həm də indi Nikol Paşinyana göndərdiyi xidmət, eləcə də demarkasiya ilə bağlı gələcək proqramları başa çatdırmaqdır. Aprel döyüşlərində uğursuzluqlar qeydə alan zabitin sərhədlərin demarkasiyası işini öz üzərinə götürə biləcək kadr olduğuna inanmaq çətindir. Nikol Paşinyan onu tamamilə fərqli missiya ilə bu vəzifəyə təyin edib.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Məğlubiyyət   Paşinyan  

Ermənistan Müdafiə Nazirliyi daxilində nə baş verir? - Karapetyanın yeni missiyası

2021/04/34534-1618554177.jpg
Oxunub: 2373     11:12     23 İyul 2021    

Bizi "telegram"da izləyin