“Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması olmadan ola bilməyəcək razılaşma hazırlanır” - Köçəryan

2021/07/22194-1626944383.jpg
Oxunub: 4459     13:58     22 İyul 2021    
“Mümkündür ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması olmadan ola bilməyəcək razılaşma hazırlanır. Bu isə sadəcə olaraq Qarabağın gələcəyinə xaç çəkmək deməkdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun lideri Robert Köçəryan deyib.

Köçəryan qeyd edib ki, son dövrdə Azərbaycan tərəfindən Ermənistana yönəlmiş alçaldıcı və qəbuledilməz bəyanatlar səslənib.

“Bu bəyanatlara qarşı Ermənistan hər hansı reaksiya verməyib, biz rəqbimizi öyrətmişik ki, bizimlə bu şəkildə davranmaq olar, məndə olan təəssürata görə, bütün bunlar Ermənistan tərəfindən məhz daxili siyasi məqsədlər üçün istifadə olunur”, - deyə o bildirib.

Köçəryanın sözlərinə görə, müharibə təhlükəsi xalq üçün görünən olur və növbəti sənədin imzalanması həzm edilir, bu, planlaşdırılmış məğlubiyyət texnologiyasıdır.

“Qaragöl və Ermənistan ərazisində çoxlu sayda Azərbaycan əsgərlərinin olduğunu unutmuşuq, bu, həm müharibə zamanı, həm də müharibədən sonrakı vəziyyətdə Ermənistanın başına gələnlərin davamıdır”, - deyə Ermənistanın sabiq prezidenti vurğulayıb.

Robert Köçəryan deyib ki, Ermənistan ordusunda vacib heç nə edilmir.

Jurnalistlərin Arşak Karapetyanın Ermənistan Müdafiə nazirinin birinci müavini təyin edilməsi ilə bağlı sözlərinə cavab olaraq Köçəryan “Bravo, təbrik edirəm, çox tezliklə döyüş qabiliyyətli orduya sahib olacağıq” deyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


“Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması olmadan ola bilməyəcək razılaşma hazırlanır” - Köçəryan

2021/07/22194-1626944383.jpg
Oxunub: 4460     13:58     22 İyul 2021    
“Mümkündür ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması olmadan ola bilməyəcək razılaşma hazırlanır. Bu isə sadəcə olaraq Qarabağın gələcəyinə xaç çəkmək deməkdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun lideri Robert Köçəryan deyib.

Köçəryan qeyd edib ki, son dövrdə Azərbaycan tərəfindən Ermənistana yönəlmiş alçaldıcı və qəbuledilməz bəyanatlar səslənib.

“Bu bəyanatlara qarşı Ermənistan hər hansı reaksiya verməyib, biz rəqbimizi öyrətmişik ki, bizimlə bu şəkildə davranmaq olar, məndə olan təəssürata görə, bütün bunlar Ermənistan tərəfindən məhz daxili siyasi məqsədlər üçün istifadə olunur”, - deyə o bildirib.

Köçəryanın sözlərinə görə, müharibə təhlükəsi xalq üçün görünən olur və növbəti sənədin imzalanması həzm edilir, bu, planlaşdırılmış məğlubiyyət texnologiyasıdır.

“Qaragöl və Ermənistan ərazisində çoxlu sayda Azərbaycan əsgərlərinin olduğunu unutmuşuq, bu, həm müharibə zamanı, həm də müharibədən sonrakı vəziyyətdə Ermənistanın başına gələnlərin davamıdır”, - deyə Ermənistanın sabiq prezidenti vurğulayıb.

Robert Köçəryan deyib ki, Ermənistan ordusunda vacib heç nə edilmir.

Jurnalistlərin Arşak Karapetyanın Ermənistan Müdafiə nazirinin birinci müavini təyin edilməsi ilə bağlı sözlərinə cavab olaraq Köçəryan “Bravo, təbrik edirəm, çox tezliklə döyüş qabiliyyətli orduya sahib olacağıq” deyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin