Ermənistanın Naxçıvan təxribatı və Prezidentin Moskvaya səfəri

2021/07/cf3ca-1626803574.jpg
Oxunub: 1721     16:25     22 İyul 2021    
Fransanın Ermənistandakı səfiri Conatan Lakot Naxçıvan istiqamətində gərginliklə bağlı qeyd yazıb. Lakotun qeydi xatırladır ki, baş verən heç də yalnız lokal insident deyil və siyasi cəhətdən kifayət qədər həssas düyünün elementini təşkil edir. Artıq bir neçə gündür Ermənistan bu sektorda qarşılıqlı atışmanı təhrik edir. Niyə Ermənistan bu ağırlaşmaya gedir və niyə Naxçıvan istiqamətində?

Ermənistan və Azərbaycanın media sahəsində bu sualın cavabını almağa çalışırlar. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin regiona səfəri fonunda və İlham Əliyevin Moskva səfəri ərəfəsində İrəvanın ağırlaşmaya getməsi diqqətçəkicidir. Şarl Mişel bu səfər zamanı kifayət qədər maraqlı və vacib bəyanatlar verdi. Moskvada isə həm ikitərəfli gündəm, həm Qarabağdakı vəziyyət, həm də xüsusən kommunikasiyaların blokadadan çıxarılması baxımından üçtərəfli Azərbaycan-Rusiya- Ermənistan formatında işin gedişatı müzakirə olundu.

Bu konrekstdə bir hala diqqət yetirmək lazımdır. Moskvaya getməzdən əvvəl Prezident İlham Əliyev dəhlizlərin hamısının eyni vaxtda açılmalı olduğunu bildirdi. Cənub, yəni Naxçıvan-Azərbaycan istiqamətində dəhlizlərin mövcud olmadığını və onun demək olar sıfırdan inşa edilməli olduğunu nəzərə alsaq, bu, kifayət qədər diqqətəlayiq bəyanatdır. Söhbət Zəngilan vasitəsilə Mehri dəmir yolundan gedir.

Burada Ermənistan sektorunda təxminən 40 km, Azərbaycanın azad etdiyi sektorda isə təxminən 100 km dəmir yolu xətti inşa edilməlidir.

Ermənistan 11 yanvar Moskva üçtərəfli bəyanatı ilə təsbit edilmiş üçtərəfli format gündəmini təxirə salmaqla zaman qazanmağa çalışır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Təxribat   Rusiya  

Ermənistanın Naxçıvan təxribatı və Prezidentin Moskvaya səfəri

2021/07/cf3ca-1626803574.jpg
Oxunub: 1722     16:25     22 İyul 2021    

Bizi "telegram"da izləyin