Ermənistan səmasına əhəmiyyətli hadisələr baş verir - Qanunsuz silah daşınmaları üçün yeni yol

2020/04/18498-1586246906.jpg
Oxunub: 2755     11:36     19 İyul 2021    
İrəvanda Ermənistan Dövlət Maraqları Fondu və “Air Arabia” aviaşirkəti arasında müqavilə imzalandı. Bu razılaşma Ermənistan milli aviaşirkətinin yaradılması ilə bağlıdır. Və bu məlumatlar, öz növbəsində yalnız aviasiya haqqında deyil, hətta iqtisadiyyat haqqında da deyil. Bu, Ermənistana qarşı Birləşmiş Ərəb Əmirliklərinin göstərdiyi strateji maraqdan gedir, “Air Arabia” BƏƏ-nin üç böyük aviaşirkətindən biridir və Şarja Əmirliyini təmsil edir.

Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərq bölgəsində kifayət qədər böyük regional oyunçuya çevrilir. Bu regionun ermənilər və Ermənistan üçün hansı əhəmiyyətə sahib olduğunu qeyd etmək bir tərəfdən təhlükəsizlik, iqtisadi-siyasi, hətta ümumerməni inkişafı kontekstində çox vacibdir, digər tərəfdən bəlkə də hətta bütün bunların kifayət qədər açıq-aydın olması baxımından lazımsızdır.

Eyni zamanda, avisasiya Ermənistan üçün strateji sahədir və bu sahədəki əcnəbi oyunçulardan birinin marağı, qeyri-adi təmsil olunması Ermənistanın başqa bir aviaşirkətin yaradılması kontekstində həm də mühüm siyasi əhəmiyyət daşıyır.

Bu mənada “Air Arabia” və Ermənistanın tərəfdaşlığı xüsusi olaraq nəzərdən keçirilir. Xüsusən də xatırlasaq ki, yalnız illər əvvəl sabiq erməni baş nazir Karen Krepetyanın zamanında Ermənistanda Rusyanın iştirakı ilə aviaşirkət yaratmaq barədə bir müzakirə var idi, burada rusların iştirakı əsasən, yumşaq desək, problemli rus istehsalı olan “Suxoy Superjet” təyyarələri şəklində olacaqdı. Burada təxminən 100 təyyarədən bəhs olunurdu ki, bu da Ermənistanın aviadaşıyıcısının rus tərəfi üçün sadəcə olaraq heç bir yerdə əslində tələbat yaratmayan “Superjet”in həyata keçirilməsi yeri kimi nəzərdən keçirilə biləcəyini düşünmək üçün əsas verirdi.

Texniki standartların mükəmməl olmaması səbəbindən bunlar Rusiya prezidentinin hava limanına belə qəbul edilməyib.

Əlbəttə, Ermənistanda qanunsuz silah daşınmalarında iştirak edən aviaşirkətlərin pandemiyadan sonra verdiyi itkilər şəraitində qiymətlərin aşağı düşməsinin böyük ehtimalı, perspektivi haqqında danışa bilərik, lakin bununla belə nə qədər oyunçu varsa, o qədər də əlçatanlıq var. Bu mənada, digər məlumata görə, Avropada daha az tanınmış köməkçi büdcə şirkətlərinə sahib olan Almaniyanın tanınmış “Lufthansa” şirkəti Ermənistanda fəaliyyət göstərmək üçün müraciət edib. Yeri gəlmişkən, “Lufthansa” ilə bağlı olduqca diqqətəlayiq məlumatlar illər əvvəl Serj Sarkisyanın hələ prezident olduğu illərdə mətbuata yayımlanıb. O vaxt mətbuatda dərc edilmiş nəşrlərə görə, “Lufthansa” şirkətinin Ermənistanda fəaliyyət göstərməsinə icazə verilməsi üçün rüşvət istədiyinə görə Artyom Movsisyan Ermənistan Mülki Aviasiya Komitəsinin rəhbəri vəzifəsindən azad edilmişdi.

Əlbətdə, Movsisyan özü işdən çıxarılma səbəbinin bu olduğunu inkar etdi. Hər halda, “Lufthansa”nın Ermənistana girişi də sırf iqtisadi və ya aviasiya baxımından daha çox məna daşıyır. Nəhayət, ötən gün həmçinin Çexiyanın “Balus Tech” şirkətinin niyyəti məlum oldu. Şirkətin nümayəndələri Ermənistan ərazi idarəetmə və infrastrukturlar nazirinin müavini ilə Stepanavan hava limanının yenidən qurulması və eyni zamanda kiçik təyyarələr istehsal edilməsi niyyəti barədə müzakirə ediblər. Tərəflər müzakirələri daha ətraflı davam etdirmək razılığına gəliblər. Stepanavan hava limanını hələ 2013-cü ildən Ermənistan Fövqəladə Hallar Nazirliyinə təhvil vermək planlaşdırılmışdı, FHN bunun əsasında xilasetmə xidmətinin, belə demək mümkünsə, aviabazasını qurmaq niyyətində idi, üstəlik də bu, erməni-rus birgə istifadəsi üçün nəzərdə tutulmuşdu.

Lakin Rusiya məsələyə kifayət qədər maraq göstərmədi və erməni tərəfində də maraq söndü. Sonra hava limanı 2017-20-ci illərdə dövlət əmlakının özəlləşdirmə siyahısında yer aldı. Lakin bu günə qədər də tərk edilmiş vəziyyətdədir.

Və nəhayət, Argentina ermənisi, Zvartnots və Gümrü hava limanlarının meneceri Eduard Ernekyan bu yaxınlarda Paşinyanla görüşdə hava limanı tikintisi sahəsindəki investisiya proqramları haqqında danışmışdı. Ermənistan səmasına qarşı müxtəlif çaplı maraqların təzahürü diqqətdə saxlanılmalıdır, çünki istər Vətən Müharibəsi zamanı, istərsə də iyul döyüşlərindən sonra bütün silah çatdırılması mülki aviasiya şirkətlərinin vasitəsilə həyata keçirilib.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   BƏƏ  

Ermənistan səmasına əhəmiyyətli hadisələr baş verir - Qanunsuz silah daşınmaları üçün yeni yol

2020/04/18498-1586246906.jpg
Oxunub: 2756     11:36     19 İyul 2021    

Bizi "telegram"da izləyin