Türkiyə ordusuna “Hisar A+” HHM sistemləri təhvil verilib

2021/07/HISAR-1626076921.jpg
Oxunub: 6526     14:29     12 İyul 2021    
Türkiyə Silahlı Qüvvələrinə “Hisar A+” aşağı hündürlüyə malik Hava Hücumundan Müdafiə (HHM) sistemləri təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmail Demir məlumat verib.

O qeyd edib ki, HHM sistemlərinin “O+” modifikasiyasının isə kütləvi istehsal prosesi başlayıb.

HHM sisteminin avtonom variantının əvvəlki konfiqurasiyalarla müqayisədə mənzili daha uzundur. Avtonom “Hisar A+” hər cür ərazi şəraitində hərəkət etmə qabiliyyəti, sürətli mövqe dəyişikliyi, qısa reaksiya müddəti və şaquli buraxılış qabiliyyəti ilə 360 ° qoruma qabiliyyətinə malikdir. Sistem hər hansı bir elementə ehtiyac olmadan hədəflərin qarşısını almağa qadirdir. Radar, elektro-optik sensorlar, komanda-idarəetmə, atəşə nəzarət elementləri, rabitə elementləri və raketlər tək bir zirehli nəqliyyat vasitəsində yerləşir. “A+” modifikasiyasının mənzili 15 kilometrdən artıq, “O+” modifikasiyasının isə 25 kilometrdən artıqdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHM   Hisar-A+  


Türkiyə ordusuna “Hisar A+” HHM sistemləri təhvil verilib

2021/07/HISAR-1626076921.jpg
Oxunub: 6527     14:29     12 İyul 2021    
Türkiyə Silahlı Qüvvələrinə “Hisar A+” aşağı hündürlüyə malik Hava Hücumundan Müdafiə (HHM) sistemləri təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmail Demir məlumat verib.

O qeyd edib ki, HHM sistemlərinin “O+” modifikasiyasının isə kütləvi istehsal prosesi başlayıb.

HHM sisteminin avtonom variantının əvvəlki konfiqurasiyalarla müqayisədə mənzili daha uzundur. Avtonom “Hisar A+” hər cür ərazi şəraitində hərəkət etmə qabiliyyəti, sürətli mövqe dəyişikliyi, qısa reaksiya müddəti və şaquli buraxılış qabiliyyəti ilə 360 ° qoruma qabiliyyətinə malikdir. Sistem hər hansı bir elementə ehtiyac olmadan hədəflərin qarşısını almağa qadirdir. Radar, elektro-optik sensorlar, komanda-idarəetmə, atəşə nəzarət elementləri, rabitə elementləri və raketlər tək bir zirehli nəqliyyat vasitəsində yerləşir. “A+” modifikasiyasının mənzili 15 kilometrdən artıq, “O+” modifikasiyasının isə 25 kilometrdən artıqdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHM   Hisar-A+  


Bizi "telegram"da izləyin