Türkiyə donanmasına yeni P-72 dəniz patrul təyyarəsi təhvil verilib

2020/12/5444-1608106816.jpg
Oxunub: 5788     12:43     10 İyul 2021    
Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbərliyi ilə həyata keçirilən MELTEM-3 layihəsi çərçivəsində hazırlanan üçüncü P-72 dəniz patrul təyyarəsi ölkənin Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Layihə daxilində Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək 6 ədəd P-72 dəniz patrul təyyarəsinin qəbul fəaliyyətləri 2020-ci ildə başlayıb.

İtaliyanın “Leonardo” şirkətinin əsas podratçılığı ilə həyata keçirilən layihə Türkiyənin müdafiə sənayesinin sıx iştirakı ilə həyata keçirilir.

Təyarənin sistem və cihaz təchizatı ASELSAN tərəfindən təmin edilir. Təyyarədəki radar, EDT və akustika kimi missiya sistemləri “Thales” şirkəti tərəfindən tədarük edilib.

MELTEM layihəsi çərçivəsində tədarüklərin tamamlanması ilə Hərbi Dəniz Qüvvələrində dəniz patrul təyyarələrinin sayı 12-yə çatacaq.

Sevinc Əlieyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-donanması   P-72  


Türkiyə donanmasına yeni P-72 dəniz patrul təyyarəsi təhvil verilib

2020/12/5444-1608106816.jpg
Oxunub: 5789     12:43     10 İyul 2021    
Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbərliyi ilə həyata keçirilən MELTEM-3 layihəsi çərçivəsində hazırlanan üçüncü P-72 dəniz patrul təyyarəsi ölkənin Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Layihə daxilində Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək 6 ədəd P-72 dəniz patrul təyyarəsinin qəbul fəaliyyətləri 2020-ci ildə başlayıb.

İtaliyanın “Leonardo” şirkətinin əsas podratçılığı ilə həyata keçirilən layihə Türkiyənin müdafiə sənayesinin sıx iştirakı ilə həyata keçirilir.

Təyarənin sistem və cihaz təchizatı ASELSAN tərəfindən təmin edilir. Təyyarədəki radar, EDT və akustika kimi missiya sistemləri “Thales” şirkəti tərəfindən tədarük edilib.

MELTEM layihəsi çərçivəsində tədarüklərin tamamlanması ilə Hərbi Dəniz Qüvvələrində dəniz patrul təyyarələrinin sayı 12-yə çatacaq.

Sevinc Əlieyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-donanması   P-72  


Bizi "telegram"da izləyin