Şuşa Bəyannaməsi düşməni təşvişə salıb: 102-ci hərbi bazanın genişləndirilməsi diqqətdən yayınmır (ANALİZ)

2020/07/1593878147.jpg
Oxunub: 8969     15:30     03 İyul 2021    
Rəsmi İrəvan və Moskva Ermənistandakı Rusiya hərbi bazasının genişləndirilməsi ətrafında danışıqlara başlayıb və bu məqsədlə Ermənistanın Müdafiə, Xarici İşlər, Ərazi İdarəetmə və İnfrastrukturlar Nazirliklərinin, Silahlı Qüvvələrin Baş Qərargahının, Ermənistan-Rusiya birləşmiş kontingentinin, eləcə də Kadastr Komitəsinin yüksək rütbəli nümayəndələrindən ibarət nümayəndə heyəti bu yaxınlarda Rusiyanın paytaxtına gedib.

Ermənistanda Baş nazir vəzifəsinin müvəqqəti əvəzedicisi Nikol Paşinyanın 23 iyun tarixli bu qərarından öyrənirik: “Ermənistan ərazisindəki Rusiya hərbi bazasının yerləşdirilməsi və istismarı, torpaq sahələrinin və daşınmaz əmlakın verilməsinə dair Ermənistan-Rusiya dövlətlərarası komissiyanın 13-cü iclasında iştirak etmək məqsədilə 2021-ci il iyunun 26-dan iyulun 1-nə qədər Rusiya Federasiyasına (Moskva) nümayəndə heyəti ezam edilsin”.

14 nəfərlik nümayəndə heyətinə Rusiya Müdafiə Nazirliyinin kapital tikinti və qoşunların yerləşdirilməsi idarəsinin rəisi, dövlətlərarası komissiyanın erməni bölməsinin sədri Armen Avetisyan rəhbərlik edirdi. Faktiki olaraq Ermənistan nümayəndə heyətinin yarıdan çoxu məhz Müdafiə Nazirliyindən olub.

Rusiya KİV-lərinin məlumatına görə, bu yaxınlarda Ermənistan-Rusiya dövlətlərarası komissiyanın 13-cü iclası baş tutub. Təxminən bir ay əvvəl, mayın 27-də hökumətin iclasında Sünik vilayətində təxminən 3,5 hektar ümumi səthli torpaq sahələrini pulsuz istifadə hüququ ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda yerləşən sərhəd idarəsinə ayırmaq barədə qərar qəbul olunub.

Qafan icmasının Şikahoğ kəndindən, Mehrinin Şvinadzor, Kartsevan, Nrnadzor kəndlərindən və Teğ icmasından 7 ədəd torpaq sahəsi rus sərhədçilərin istifadəsinə keçir. Paşinyan hökumətinin əsaslandırmasına görə, 2020-ci ilin 9 noyabr üçtərəfli bəyanatından sonra Ermənistanın cənub-şərq sərhədlərini möhkəmləndirmək lazımdır, bunun üçün də zəruri torpaq sahələri ayrılıb. Həmçinin “Ermənistan Respublikası ərazisində Rusiya hərbi bazası haqqında” hələ 1997-ci ildə imzalanmış müqavilənin 19-cu maddəsinə əsasən, Rusiya hərbi bazasının xərclərinin bir hissəsini Ermənistan qarşılayır. Məsələn, Rusiya KİV-lərinin məlumatına görə, Kreml Qazaxıstandakı hərbi dayaq məntəqələri üçün hər il bu ölkəyə 200 milyon, Qırğızıstandakı hərbi dayaq məntəqələri üçün isə 4,5 milyon ABŞ dolları ödəyir.

Məlum olduğu kimi, Vətən Müharibəsindən sonra Ermənistan-Azərbaycan sərhədlərinin bəzi sektorlarında rus sərhədçilər də nəzarət həyata keçirirlər. Ermənistandakı 102-ci rus hərbi bazasının genişləndirilməsi və ya yeni hərbi bazanın təsis edilməsi haqqında məlumatlar yeni deyil. Vətən Müharibəsindən demək olar dərhal sonra bəyanatlar səviyyəsində bu barədə danışmağa başlayıblar.

Paşinyan mayın 3-də parlamentdə çıxış edərək bildirib ki, həm müharibədən əvvəl, həm də sonra Ermənistanın xarici təhlükəsizlik sisteminin əsasında ilk növbədə erməni-rus birgə kontingenti durub: “Sünikin təhlükəsizliyi, 102-ci hərbi baza ilə bağlı məsələ səsnləndi. Düşünürəm bu, sirr deyil ki, Sünik vilayətində 102-ci rus hərbi bazasının 2 yeni dayaq məntəqəsi qurulub və bu yeni dayaq məntəqələrinin qurulması Sünik vilayətinin və ümumiyyətlə Ermənistanın təhlükəsizliyini təmin etmək üçün əlavə zəmanətdir”.

Vətən Müharibəsindən sonra Rusiya faktiki olaraq Ermənistanda hərbi varlığını genişləndirir, müharibə nəticəsində zəifləmiş Ermənistan Silahlı Qüvvələri əvəzinə funksiyaları özü həyata keçirir. Ermənistan isə Rusiyanın hərbi varlığının genişləndirilməsi ilə razılaşmaqdan başqa varianta sahib deyil.

Maraqlısı budur ki, erməni nümayəndə heyəti faktiki olaraq Şuşada Türkiyə-Azərbaycan ittifaqının bəyannaməsinin imzalanmasından sonra Rusiyaya gedib.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şuşa-Bəyannaməsi   İrəvan   Moskva  

Şuşa Bəyannaməsi düşməni təşvişə salıb: 102-ci hərbi bazanın genişləndirilməsi diqqətdən yayınmır (ANALİZ)

2020/07/1593878147.jpg
Oxunub: 8970     15:30     03 İyul 2021    

Bizi "telegram"da izləyin