Naxçıvanda “Bayraktar”lar və Pakistan hərbi rəsmilərinin səfərləri: İrəvan narahatlıqla izləyir

2021/06/c5793-8122127220.jpg
Oxunub: 3162     16:23     25 İyun 2021    
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən 21-23 iyun tarixlərində Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilib.

Taktiki-xüsusi təliminin planı ilə tanışlıq zamanı bildirilib ki, təlimin keçirilməsində məqsəd vahid rabitə sistemi çərçivəsində idarəetmə orqanları arasında qarşılıqlı əlaqəni yaratmaq, müxtəlif vasitələrdən istifadə etməklə informasiya mübadiləsini müxtəlif səviyyəli qərargahlar arasında təmin etmək, silahlanmada olan pilotsuz uçuş aparatlarının və texniki kəşfiyyat vasitələrinin görüntülərinin vahid informasiya şəbəkəsinə inteqrasiyasını təmin etmək, idarəetmə və silah sistemləri arasında qarşılıqlı əlaqənin təşkili üsullarını təkmilləşdirməkdən ibarətdir.

Təlim mərkəzində düşmənin artilleriya batareyasını təqlid edən batareya atəş mövqeyini tutaraq ön xətt bölmələrimizə atəş zərbələri endirib. Düşmənin bu fəaliyyəti “Bayraktar-TB2” pilotsuz uçuş aparatından izlənilərək, artilleriya batareyasının koordinatları döyüş idarəetmə mərkəzindən məhv edilməsi üçün aidiyyəti üzrə artilleriya bölmələrinə ötürülüb. Hərəkətdə olan düşmən kolonunu aşkar edən xüsusi təyinatlı qrupumuz PUA ilə əlaqə yaradaraq “pusqu”nun icrası üçün qrupun istiqamətləndirilməsini, yaxınlaşan düşmənin tərkibini, kolonun düzülüş ardıcıllığını, yaxınlıqda olan düşmənin digər bölmələrinin fəaliyyətini öyrənib. Eyni zamanda ərazidən uzaqlaşmaq üçün coğrafi analiz sistemindən istifadə etməklə qrupa doğru hərəkət edən helikopterlə xüsusi təyinatlı qrup arasında qarşılıqlı əlaqə yaradılıb.

Kadrlarda görünür ki, Azərbaycan Naxçıvanın bu yaxınlarda rəsmi olaraq açılmış aerodromunda “Bayraktar TB2” tipli PUA-lar yerləşdirib. Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, təlimlər zamanı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Türkiyədə Bayraktar TB2 PUA-larının kurslarını keçmiş zabit və gizir heyəti ilə görüşüb.

Məlumatlara görə, Naxçıvan Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən aerodrom artıq istismar edilirdi və 2020-ci il müharibəsindən əvvəl başa çatma vəziyyətində idi. Ümumi olaraq helikopter və təyyarələrin saxlanılması üçün 8 anqar, dayanacaq yerləri, yardımçı tikililər inşa edilib, bir uçuş-enmə zolağı bərpa edilib.

Naxçıvanda təlimlər zamanı görünən 4 ədəd “Bayraktar PUA”larının burada daimi olaraq yerləşdiriləcəyini ehtimal etmək olar. Qeyd edək ki, ölkəmizdə aviabazaların və uçuş-enmə zolaqlarının inkişaf etmiş şəbəkəsini nəzərə alsaq, Azərbaycan ordusu lazım olduqda ölkənin müxtəlif hissələrindən bu PUA-ları da operativ şəkildə istismar edə bilər.

Bu yaxınlarda Prezident İlham Əliyev, daha sonra isə ölkənin Müdafiə naziri Zakir Həsənov rəsmi səfərlə Bakıya gəlmiş Pakistan Quru Qoşunlarının komandiri, ordu generalı Qamar Caved Bacvanla görüşüb. Tərəflər iki ölkə arasındakı hərbi, hərbi-texniki sahənin əməkdaşlığını müzakirə ediblər.

Qeyd olunur ki, Azərbaycan və Pakistan arasında hərbi təlimlər müzakirə olunub, habelə, bəyanata görə, Pakistan tərəfi Qarabağda minatəmizləmə işlərində iştirak etməyə hazır olduğunu bildirib.

Son dövrdə Azərbaycan və Pakistanın hərbi-siyasi rəhbərliyi arasında görüşlər və səfərlər aktiv xarakter alıb. Mayın 29-31-də Pakistan Hərbi Hava Qüvvələrinin komanidiri, aviasiya marşalı Əmir Məsudinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda olub. O, Azərbaycan Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandiri, general-leytenant Ramiz Tahirovla görüşüb, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına və Heydər Əliyev adına Ali Hərbi Məktəbə səfər edib.

İyunun 9-da isə Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Əməliyyat İdarəsinin rəisi, general-leytenant Ayaz Həsənovun Pakistan Silahlı Qüvvələrinin Baş Qərargahının Əməliyyat İdarəsinin rəisi, general-mayor Numan Zakarianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü baş tutub. İyunun 15-də Pakistan Hərbi Hava Qüvvələrinin Aviasiya vitse-marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti rəsmi səfərlə Azərbaycana gəlib.

Ermənistanda bu inkişaflar narahatlıqla izlənilir. “Hayeli” nəşri bu görüşlərə toxunaraq qeyd edir ki, Paşinyan Ermənistan xalqına “gələcək” vəd edəndə Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı konkret nəticələr qeydə alır.

“Onlar ordunu təkmilləşdirməyə davam edirlər, əslində bu, vahid orduya çevrilir.

Türkiyə Azərbaycana “Bayraktar”lar tədarük etməyə davam edir, üstəlik, Türkiyə-Azərbaycan hərbi təlimləri davam edir. Bu şəraitdə Paşinyan necə davamlı olaraq qışqırır ki, “Gələcək var, gələcək var”. O əmindir ki, Türkiyə-Azərbaycan ittifaqı yeni bir müharibəyə hazırlaşmır”, - deyə nəşr qeyd edib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Naxçıvanda “Bayraktar”lar və Pakistan hərbi rəsmilərinin səfərləri: İrəvan narahatlıqla izləyir

2021/06/c5793-8122127220.jpg
Oxunub: 3163     16:23     25 İyun 2021    

Bizi "telegram"da izləyin