Azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər saxlanılıb

2021/06/66-1624613122.jpg
Oxunub: 391     13:06     25 İyun 2021    
İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Ordu.az-a verilən məlumata görə, iyunun 24-də saat 19 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində 2 saylı Zobucuq qəsəbə sakini S.Quliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edərkən saxlanılmışdır.

Sürücü və sərnişinləri - həmyerliləri H.Səfəralıyev və Ə.Mahmudov Polis Şöbəsinə gətirilərək onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq ediliblər.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polis   Qarabağ  


Azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər saxlanılıb

2021/06/66-1624613122.jpg
Oxunub: 392     13:06     25 İyun 2021    
İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Ordu.az-a verilən məlumata görə, iyunun 24-də saat 19 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində 2 saylı Zobucuq qəsəbə sakini S.Quliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edərkən saxlanılmışdır.

Sürücü və sərnişinləri - həmyerliləri H.Səfəralıyev və Ə.Mahmudov Polis Şöbəsinə gətirilərək onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq ediliblər.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polis   Qarabağ  


Bizi "telegram"da izləyin