Rusiya Suriyaya hipersəs raketlərlə təchiz olunan MiQ-31K qırıcıları yerləşdirib

2021/06/17300-1624603864.jpg
Oxunub: 521     14:37     25 İyun 2021    
Rusiya Suriyadakı “Xmeymim” aviabazasına “Kinjal” hipersəs sürətə malik raketlərlə silahlanmış MiQ-31K qırıcıları yerləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qırıcılar Aralıq dənizində Rusiya Hərbi Dəniz və Aerokosmik Qüvvələrinin aviasiya qrupunun birgə təlimlərində iştirak edəcək.

Bundan başqa təlimlərdə “Moskva” raket kreyseri, “Admiral Essen” və “Admiral Makarov” freqatları, iki Tu-142MK sualtı əleyhinə təyyarələr, Tu-22M3 uzaq mənzilli bombardmançıları da iştirak edəcək.

Rusiyanın Britaniya donanmasına məxsus “HMS Defender” gəmisinə xəbərdarlıq atəşi açması fonunda keçirilən təlimlərdə qırıcılar düşmənə məxsus aviadaşıyıcı qrupunu məhv etmək tapşırıqlarını icra edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya  


Rusiya Suriyaya hipersəs raketlərlə təchiz olunan MiQ-31K qırıcıları yerləşdirib

2021/06/17300-1624603864.jpg
Oxunub: 522     14:37     25 İyun 2021    
Rusiya Suriyadakı “Xmeymim” aviabazasına “Kinjal” hipersəs sürətə malik raketlərlə silahlanmış MiQ-31K qırıcıları yerləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qırıcılar Aralıq dənizində Rusiya Hərbi Dəniz və Aerokosmik Qüvvələrinin aviasiya qrupunun birgə təlimlərində iştirak edəcək.

Bundan başqa təlimlərdə “Moskva” raket kreyseri, “Admiral Essen” və “Admiral Makarov” freqatları, iki Tu-142MK sualtı əleyhinə təyyarələr, Tu-22M3 uzaq mənzilli bombardmançıları da iştirak edəcək.

Rusiyanın Britaniya donanmasına məxsus “HMS Defender” gəmisinə xəbərdarlıq atəşi açması fonunda keçirilən təlimlərdə qırıcılar düşmənə məxsus aviadaşıyıcı qrupunu məhv etmək tapşırıqlarını icra edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya  


Bizi "telegram"da izləyin