Rusiyanın “Altius” zərbə PUA-ları ilk dəfə silahlardan istifadə edib

2021/06/15576-1624603582.jpg
Oxunub: 549     14:08     25 İyun 2021    
Rusiyanın “Altius” adlı yeni nəsil ağır zərbə PUA-ları ilk dəfə sınaqlar zamanı silahlardan istifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi öz mənbələrinə istinadən yazıb.

Hərbi təlim meydançalarından birində davam edən uçuş sınaqları çərçivəsində PUA yerdəki hədəfləri bombalayıb.

PUA-ların kiçik çaplı bomba və idarə olunan raketlərlə müxtəlif növ hədəflərə zərbə endirə bildiyi qeyd olunur.

Rusiya istehsalı “Altius” uzun uçuş müddətinə, orta əməliyyat hündürlüyünə (MALE) malik zərbə PUA-ları sinfinə aiddir. Hava vasitəsinin qalxma çəkisi 6 tondur və bir tondan çox faydalı yük daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Altius  


Rusiyanın “Altius” zərbə PUA-ları ilk dəfə silahlardan istifadə edib

2021/06/15576-1624603582.jpg
Oxunub: 550     14:08     25 İyun 2021    
Rusiyanın “Altius” adlı yeni nəsil ağır zərbə PUA-ları ilk dəfə sınaqlar zamanı silahlardan istifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi öz mənbələrinə istinadən yazıb.

Hərbi təlim meydançalarından birində davam edən uçuş sınaqları çərçivəsində PUA yerdəki hədəfləri bombalayıb.

PUA-ların kiçik çaplı bomba və idarə olunan raketlərlə müxtəlif növ hədəflərə zərbə endirə bildiyi qeyd olunur.

Rusiya istehsalı “Altius” uzun uçuş müddətinə, orta əməliyyat hündürlüyünə (MALE) malik zərbə PUA-ları sinfinə aiddir. Hava vasitəsinin qalxma çəkisi 6 tondur və bir tondan çox faydalı yük daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Altius  


Bizi "telegram"da izləyin