Rusiya ən qısa müddətdə Belarusa S-400 tədarük etməyə hazırdır

2021/06/ezgif-1624603626.jpg
Oxunub: 534     16:12     25 İyun 2021    
Rusiya Belarusa S-400 və “Pantsir-S1” Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin tədarükünü dərhal nəzərdən keçirməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktorunun birinci müavini Andrey Boytsov məlumat verib.

O qeyd edib ki, Minskdən belə bir tələb daxil olarsa, dərhal yerinə yetiriləcək.

Bundan əvvəl, Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandiri İqor Qolub S-400 və “Pantsir-S” sistemlərinin alınması barədə işlərin aparıldığını bildirib.

Boytsov əlavə edib ki, Belarus ənənəvi olaraq Rusiyanın HHM sistemləri və döyüş təyyarələri ilə maraqlanır.

Birlik Dövlətinin Vahid Regional HHM sisteminin yaradılması zamanı Minsk Rusiyadan S-300PS sisteminin 4 partiyasını pulsuz alıb. Bunlardan ikisi Polotsk bölgəsində, biri isə Qrodno və Brest bölgələrindədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Belarus  


Rusiya ən qısa müddətdə Belarusa S-400 tədarük etməyə hazırdır

2021/06/ezgif-1624603626.jpg
Oxunub: 535     16:12     25 İyun 2021    
Rusiya Belarusa S-400 və “Pantsir-S1” Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin tədarükünü dərhal nəzərdən keçirməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktorunun birinci müavini Andrey Boytsov məlumat verib.

O qeyd edib ki, Minskdən belə bir tələb daxil olarsa, dərhal yerinə yetiriləcək.

Bundan əvvəl, Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandiri İqor Qolub S-400 və “Pantsir-S” sistemlərinin alınması barədə işlərin aparıldığını bildirib.

Boytsov əlavə edib ki, Belarus ənənəvi olaraq Rusiyanın HHM sistemləri və döyüş təyyarələri ilə maraqlanır.

Birlik Dövlətinin Vahid Regional HHM sisteminin yaradılması zamanı Minsk Rusiyadan S-300PS sisteminin 4 partiyasını pulsuz alıb. Bunlardan ikisi Polotsk bölgəsində, biri isə Qrodno və Brest bölgələrindədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Belarus  


Bizi "telegram"da izləyin