KİV: ABŞ 650 hərbi qulluqçusunu Əfqanıstanda saxlamaq niyyətindədir

2021/05/merli-1622013640.jpg
Oxunub: 594     09:11     25 İyun 2021    
ABŞ qoşunlarının əsas hissəsini Əfqanıstandan çıxardıqdan sonra təxminən 650 hərbi qulluqçunu Əfqanıstanda saxlamaq niyyətindədir

Ordu.az xəbər verir ki, bu barədə rəsmi mənbəyə istinadən “The Associated Press” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, qoşunların əsas hissəsi geri çəkildikdən sonra diplomatların təhlükəsizliyini təmin etmək üçün təxminən 650 nəfərlik ABŞ hərbçisi Əfqanıstanda qala bilər. Bundan başqa, bir neçə yüz ABŞ əsgəri təhlükəsizliyin qorunmasında Türkiyə hərbçilərinə kömək məqsədilə sentyabr ayına qədər Kabil hava limanında qalacaq. Agentliyin bildirdiyinə görə, bu, Türkiyə rəhbərliyi tərəfindən təhlükəsizliyin təminatı üçün daha rəsmi əməliyyat aparılana qədər atılacaq müvəqqəti bir addım olacaq.

Yazıda qeyd edilir ki, ABŞ və beynəlxalq qüvvələrin mühüm hissəsi Əfqanıstandan 4 iyul tarixində və ya ondan qısa müddət sonra çıxarılacaq.

Ağ Ev, Dövlət Departamenti və Pentaqon “The Associated Press” tərəfindən dərc olunmuş materialı hələlik şərh etməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan  


KİV: ABŞ 650 hərbi qulluqçusunu Əfqanıstanda saxlamaq niyyətindədir

2021/05/merli-1622013640.jpg
Oxunub: 595     09:11     25 İyun 2021    
ABŞ qoşunlarının əsas hissəsini Əfqanıstandan çıxardıqdan sonra təxminən 650 hərbi qulluqçunu Əfqanıstanda saxlamaq niyyətindədir

Ordu.az xəbər verir ki, bu barədə rəsmi mənbəyə istinadən “The Associated Press” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, qoşunların əsas hissəsi geri çəkildikdən sonra diplomatların təhlükəsizliyini təmin etmək üçün təxminən 650 nəfərlik ABŞ hərbçisi Əfqanıstanda qala bilər. Bundan başqa, bir neçə yüz ABŞ əsgəri təhlükəsizliyin qorunmasında Türkiyə hərbçilərinə kömək məqsədilə sentyabr ayına qədər Kabil hava limanında qalacaq. Agentliyin bildirdiyinə görə, bu, Türkiyə rəhbərliyi tərəfindən təhlükəsizliyin təminatı üçün daha rəsmi əməliyyat aparılana qədər atılacaq müvəqqəti bir addım olacaq.

Yazıda qeyd edilir ki, ABŞ və beynəlxalq qüvvələrin mühüm hissəsi Əfqanıstandan 4 iyul tarixində və ya ondan qısa müddət sonra çıxarılacaq.

Ağ Ev, Dövlət Departamenti və Pentaqon “The Associated Press” tərəfindən dərc olunmuş materialı hələlik şərh etməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan  


Bizi "telegram"da izləyin