Qazi “DOST İş” Mərkəzində baş mütəxəssis vəzifəsinə təyin edildi

2021/06/34-1624554424.jpg
Oxunub: 462     19:03     24 İyun 2021    
Şəhid ailəsi üzvləri və Vətən müharibəsi qaziləri ilə bağlı “Məşğulluq marafonu” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir qazimizi işlə təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Ordu.az-a verilən məlumata görə, Vətən müharibəsində yaralanmış qazi Abbaslı Qurban Azər oğlu Nazirliyin tabeliyindəki “DOST İş” Mərkəzində baş mütəxəssis vəzifəsinə təyin edilib.

Prezident İlham Əliyevin Sərəncamları ilə Qurban Abbaslı “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

O, Türkiyənin Hacettepe Universitetində ali təhsilini başa vurduqdan sonra ötən ilin may ayında həqiqi hərbi xidmətə çağırılıb. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirib, Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazi   DOST  


Qazi “DOST İş” Mərkəzində baş mütəxəssis vəzifəsinə təyin edildi

2021/06/34-1624554424.jpg
Oxunub: 463     19:03     24 İyun 2021    
Şəhid ailəsi üzvləri və Vətən müharibəsi qaziləri ilə bağlı “Məşğulluq marafonu” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir qazimizi işlə təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Ordu.az-a verilən məlumata görə, Vətən müharibəsində yaralanmış qazi Abbaslı Qurban Azər oğlu Nazirliyin tabeliyindəki “DOST İş” Mərkəzində baş mütəxəssis vəzifəsinə təyin edilib.

Prezident İlham Əliyevin Sərəncamları ilə Qurban Abbaslı “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

O, Türkiyənin Hacettepe Universitetində ali təhsilini başa vurduqdan sonra ötən ilin may ayında həqiqi hərbi xidmətə çağırılıb. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirib, Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazi   DOST  


Bizi "telegram"da izləyin