Rusiya və Azərbaycan arasında telefon danışıqları: Qarabağla bağlı hansı yeniliklər var?

2021/04/16179-1617901983.jpg
Oxunub: 980     15:50     24 İyun 2021    
Azərbaycan Prezidenti İlham Əliyev və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. Bəyanata görə, telefon danışığı zamanı xüsusən 10 noyabr və 11 yanvar məlum üçtərəfli bəyanatları kontekstində regional kommunikasiyaların blokdan çıxarılması məsələsi müzakirə olunub.

Ermənistandakı parlament seçkisi və xüsusən də bunun nəticəsi fonunda Putin və İlham Əliyevin telefon danışğı diqqətə layiqdir. Paşinyan Ermənistanda öz hakimiyyətini yenidən təsdiq etdi, eyni zamanda keçmiş prezident Robert Köçəryan parlamentin ikinci qüvvəsinə çevrildi. Parlamentin üçüncü qüvvəsi isə digər keçmiş prezident Serj Sarkisyandır.

Təbii ki, Putin və İlham Əliyev Ermənistandakı parlament seçkisini müzakirə edə bilərdi. Üstəlik də Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi və Ərdoğanın bəyan etdiyi gündəm - Azərbaycanda Türkiyə hərbi bazası perspektivi kimi müzakirə olunacaq daha ciddi məsələlər var.

Üstəlik, Ərdoğan baza məsələsini yaxın vaxtlarda Putinlə müzakirə edəcəyini bildirmişdi. Bu o deməkdir ki, Putin - İlham Əliyev söhbəti gözlənilirdi. Lakin istisna etmək lazım deyil ki, bu, məhz Ermənistan parlamentinə seçkinin nəticəsindən sonra İrəvanda vəziyyətin necə olduğu məlum olanda gözlənilirdi.

Məsələ burasındadır ki, şübhə yoxdur ki, Ermənistandakı parlament seçkisi nəticəsində Nikol Paşinyan və Robert Köçəryan arasında çox kiçik fərq olsaydı, üstəlik də Paşinyan 5 faizi keçməyi bacarmasaydı, Ermənistanda indi tamamilə başqa vəziyyət olardı.

Və burada da sual yaranır ki, məsələn, rus təbliğat maşınının liderlərindən biri olan Marqarita Simonyan RİA Novostinin sosial sorğusunu təqdim edirdisə, deməli Rusiyada məhz bu başqa vəziyyəti gözləyirdilər deyə sual yaranır. Bu sorğuda nəinki səslərin 10 faiz fərqi var idi, həmçinin bu fərq Robert Köçəryanın xeyrinə idi.

Əlbəttə, bunun Kremlin gözləntisi olduğunu və ya əksinə, bəzi iqtisadi-siyasi qrupların Kremlin yanında belə bir gözlənti yaratmaq istiqamətində çalışdıqlarını dəqiq söyləmək çətindir. Hər halda, Ermənistanın parlament seçkisi Ermənistan hökumətinin mandatını və bunun müharibədən sonrakı daxili siyasi həyatda yellənən legitimliyini açıq şəkildə gücləndirən bir nəticəni qeydə aldı.

Burada artıq sual yaranır ki, hazırkı vəziyyət rus gündəminə nə qədər şamil edilir və Ermənistanda hakimiyyətin mandatının möhkəmlənməsi Türkiyə-Azərbaycan gündəminin tələblərinə qarşı çıxılması baxımından Rusiya üçün də imkandır, yoxsa başqa yollarla həll edilməli olan problemdir?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Azərbaycan  

Rusiya və Azərbaycan arasında telefon danışıqları: Qarabağla bağlı hansı yeniliklər var?

2021/04/16179-1617901983.jpg
Oxunub: 981     15:50     24 İyun 2021    

Bizi "telegram"da izləyin