Ermənistanda kilsə və hakimiyyət arasında qarşıdurma dərinləşir

2021/06/00-86-1624523156.jpg
Oxunub: 504     16:23     24 İyun 2021    
Ermənistanda parlament seçkisində qalib gəlmiş Baş nazir vəzifəsinin müvəqqəti əvəzedicisi Nikol Paşinyan Respublika meydanında tərəfdarları ilə seçkisonrası mitinq zamanı həm siyasi qüvvələrə, həm də ruhanilərə müraciət edərək siyasi dialoq və birləşmə çağırışı etdi.

Bu vəziyyətdə ruhanilərə yönəlmiş çağırış xüsusi diqqətə layiqdir. “Ermənistan Hayastana qalib gəldi”, - deyə Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının lideri Mikayel Acapahyan növbədənkənar seçki nəticəsi haqqında danışaraq bildirib.

“1in.am” nəşri yazır ki, o, Ermənistanın 600 mindən çox vətəndaşının qəbul etdiyi qərar, 600 mindən çox vətəndaşın etdiyi seçim haqqında danışır və onu “Ermənistan” elan edir.

“Əlbəttə, öz hüququdur, necə istəyir, elə deyər. Lakin bunu söyləməzdən əvvəl ruhani papağını çıxarmaq, onu bir kənara qoymaq, hansısa bir müxalif sahənin və ya partiyanın köynəyini geyinmək və şəxsi fikri tam sərbəstliklə ifadə edərək partiya fəaliyyətinə başlamaq lazımdır.

Və ya bəlkə də elan etmək lazımdır ki, Erməni Apostol Kilsəsi artıq siyasətdənkənar, ümumilli struktur deyil, partiyadır. Bu halda bəlkə də “partiya lideri”nin səssizliyi də anlaşılan olar, çünki əks halda həm Ermənistanın 600 mindən artıq vətəndaşının “Ermənistan” elan etməsi, həm də seçkiqabağı təbliğat kampaniyası zamanı müxtəlif ruhanilərin de-fakto siyasi fəaliyyəti baxımından bütün ermənilərin katolikosu II Qareginin səssizliyi anlaşılan deyil.

Yoxsa bu səssizlik özünün dərin mənalı taktiki əhəmiyyətinə malikdir ki, ayrı-ayrı ruhanilərin davranışı nəticəsində Erməni Apostol Kiləsinin ünvanına qəzəbli qiymətləndirmələr səsləndirən vətəndaşlar danışsınlar və sonra bu vətəndaşların qəzəbli sözünü “kilsəyə zərbələr”ə, “milli dəyərləri məhv etmək sorosizmi”nə aid etsinlər?

Göründüyü kimi, “soros” müqəddəs atanın qulağına Ermənistanın 600 min vətəndaşını “Ermənistan” (ermənilər Ermənistan yox, Hayastan deyirlər və bunu nəzərdə tutur - red.) kimi xarakterizə etməyi xatıladıb ki, bu vətəndaşlarda Erməni Apostol Kilsəsinin nüfuzunu hiss etsin. Erməni Apostol Kilsəsi təkcə milli həyatımızda deyil, beynəlxalq səviyyədə də bənzərsiz bir strukturdur.

Və bu özünəməxsusluğun güc mənbələrindən biri məhz siyasi baxışlarından asılı olmayaraq kilsə ilə birlikdə cəmiyyət arasında mövcud olmalı olan siyasətdənkənar münasibətdir. Buna görə də hər hansı bir ruhaninin siyasi çıxışı Erməni Apostol Kilsəsini özünün vacib qidalanma mənbələrinin birindən məhrum etməkdən başqa bir şey deyil. Bütün ermənilərin katolikosu susmağa davam edə bilər, amma bu barədə düşünməyə borcludur”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Kilsə   Böhran  

Ermənistanda kilsə və hakimiyyət arasında qarşıdurma dərinləşir

2021/06/00-86-1624523156.jpg
Oxunub: 505     16:23     24 İyun 2021    

Bizi "telegram"da izləyin