ASELSAN zirehli döyüş maşınları üçün yeni silahlar təqdim edib

2021/06/ezgif-1624518254.jpg
Oxunub: 1175     19:25     24 İyun 2021    
Türkiyənin ASELSAN şirkəti təkmilləşdirilmiş zirehli döyüş maşınlarını üçün yeni silahlar təqdim edib.

Ordu.az xəbər verir ki, silahlar Türkiyədə keçirilən sərgidə nümayiş olunub.

İlk təqdim edilən sistem “Nefer” adlı uzaqdan idarə edilən döyüş moduludur. “Nefer” həm NATO səviyyəli, həm də Rusiya istehsalı silah sistemlərindən istifadə etmək üçün dizayn edilib.

Zirehli maşınlar üçün təqdim edilən digər vasitələrə avtomatik hədəf izləmə, lazer xəbərdarlıq sistemi, yaxın məsafədən müşahidə sistemi, minadan qorunan oturacaqlar daxildir.

Qeyd olunan yeni sistemlərin zirehli maşınlara inteqrasiyası başlayacaq. İlk mərhələdə 133 avtomobilin modernləşdirilməsi nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


ASELSAN zirehli döyüş maşınları üçün yeni silahlar təqdim edib

2021/06/ezgif-1624518254.jpg
Oxunub: 1176     19:25     24 İyun 2021    
Türkiyənin ASELSAN şirkəti təkmilləşdirilmiş zirehli döyüş maşınlarını üçün yeni silahlar təqdim edib.

Ordu.az xəbər verir ki, silahlar Türkiyədə keçirilən sərgidə nümayiş olunub.

İlk təqdim edilən sistem “Nefer” adlı uzaqdan idarə edilən döyüş moduludur. “Nefer” həm NATO səviyyəli, həm də Rusiya istehsalı silah sistemlərindən istifadə etmək üçün dizayn edilib.

Zirehli maşınlar üçün təqdim edilən digər vasitələrə avtomatik hədəf izləmə, lazer xəbərdarlıq sistemi, yaxın məsafədən müşahidə sistemi, minadan qorunan oturacaqlar daxildir.

Qeyd olunan yeni sistemlərin zirehli maşınlara inteqrasiyası başlayacaq. İlk mərhələdə 133 avtomobilin modernləşdirilməsi nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin