Aİ kibermüharibə üçün sürətli reaksiya qüvvələri yaradır

2021/06/Getty-1624517815.jpg
Oxunub: 501     17:26     24 İyun 2021    
Avropa İttifaqı kiberhücumlara cavab vermək üçün yeni sürətli reaksiya qüvvələri yaradır.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Nəşr qeyd edir ki, Avropa Komissiyası çərşənbə günü kiberhücumlara məruz qalan dövlətlərə kömək etmək üçün nəzərdə tutulan planı təqdim edəcək.

Layihəyə görə, hakerlərlə real vaxtda mübarizə aparılmalıdır.

Qeyd edək ki, xüsusilə COVID-19 pandemiyası dövründə Avropada kiberhücumların sayı artıb. Avropanın özünü və ya ticarət sirlərini düşmənlərə qarşı qoruya bilməməsi narahatlığa səbəb olub.

Plana əsasən, kibercinayətlərlə mübarizə aparmaq üçün polis, kiber agentliklər, diplomatlar, hərbi xidmətlər və kibertəhlükəsizlik şirkətləri arasında cavab tədbirlərini əlaqələndirmək və mənbələri paylaşmaq üçün platforma qurulacaq. Layihədə kibertəhdidlərlə bağlı müntəzəm hesabatların hazırlanması nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Kibertəhlükəsizlik  


Aİ kibermüharibə üçün sürətli reaksiya qüvvələri yaradır

2021/06/Getty-1624517815.jpg
Oxunub: 502     17:26     24 İyun 2021    
Avropa İttifaqı kiberhücumlara cavab vermək üçün yeni sürətli reaksiya qüvvələri yaradır.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Nəşr qeyd edir ki, Avropa Komissiyası çərşənbə günü kiberhücumlara məruz qalan dövlətlərə kömək etmək üçün nəzərdə tutulan planı təqdim edəcək.

Layihəyə görə, hakerlərlə real vaxtda mübarizə aparılmalıdır.

Qeyd edək ki, xüsusilə COVID-19 pandemiyası dövründə Avropada kiberhücumların sayı artıb. Avropanın özünü və ya ticarət sirlərini düşmənlərə qarşı qoruya bilməməsi narahatlığa səbəb olub.

Plana əsasən, kibercinayətlərlə mübarizə aparmaq üçün polis, kiber agentliklər, diplomatlar, hərbi xidmətlər və kibertəhlükəsizlik şirkətləri arasında cavab tədbirlərini əlaqələndirmək və mənbələri paylaşmaq üçün platforma qurulacaq. Layihədə kibertəhdidlərlə bağlı müntəzəm hesabatların hazırlanması nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Kibertəhlükəsizlik  


Bizi "telegram"da izləyin