Türkiyənin kritik S-400 məsələsində CAATSA faktoru – ANALİZ

2021/03/11221-1615530069.jpg
Oxunub: 1483     16:00     22 İyun 2021    
Koronavirus pandemiyası səbəbiylə Türkiyə Rusiyadan satın aldığı S-400 hava hücumundan müdafiə sisteminin 2020-ci ilin aprelinə planlaşdırılan aktivləşdirilməsini təxirə saldı. COVID-19 pandemiyası ilə bağlı əsaslandırmadan asılı olmayaraq, Türkiyənin qərarı, əslində, bir-biri ilə əlaqəsi olmayan bir sıra amillərdən qaynaqlanır və ölkə bir neçə siyasi-hərbi ssenari arasında yolayrıcındadır.

Türkiyə və Çinin S-400 satın alma müddətlərini müqayisə edərkən göründüyü kimi “aktivasiya” termini hərbi baxımdan olduqca qeyri-müəyyəndir. 2019-cu ilin iyul ayında S-400-ün ilk komponentləri Türkiyəyə gəldi. Növbəti iki ay ərzində Ankara hərbçilərini Rusiyaya təlim üçün göndərdi. Daha sonra, 2019-cu ilin noyabrında Türkiyə satın alınan sistemin radarlarını F-16 və F-4 təyyarələrinə qarşı sınaqdan keçirdi. Bu qiymətləndirmənin görüntüləri açıq şəkildə Rusiya istehsalı olan Hava Hücumundan Müdafiə sistemlərinin radarlarının Türkiyə səmalarını aktiv şəkildə daradığını göstərdi. 2020-ci ilin yanvarında Rusiya 120 raket də daxil olmaqla satın alınan HHM sistemlərinin son partiyasını çatdırdı. O anda Ankaranın atması üçün yeganə addım S-400-lərin iştirak etdiyi canlı atış təlimləri idi.

Müqayisə üçün qeyd etmək lazımdır ki, Çin Rusiyadan S-400 tədarük edən zaman bu addımların hamısını 2018-ci ilin may-iyul aylarından reallaşdırdı. Çin ordusu daha sonra 2018-ci ilin noyabr ayında canlı atış təlimləri keçirdi. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Çinli şəxslərə və təşkilatlara 2018-ci ilin sentyabr ayında S-400-lərin canlı atış testindən əvvəl ABŞ-ın Düşmənlərinə Sanksiyalarla Mübarizə Qanununu (CAATSA - qismən Rusiyadan silah və hərbi texnika alan ölkələri hədəf alır) tətbiq etdi.

CAATSA-nın mətnində ABŞ-ın sanksiyalarına məruz qalmağın ilkin şərti olaraq bir ölkənin əvvəlcə Rusiya silahlarını “aktivləşdirməsi” lazım olduğu barədə heç nə deyilmir. Bu akt “Rusiya Federasiyası Hökumətinin müdafiə və ya kəşfiyyat sektorunun bir hissəsi olan və ya onun adından fəaliyyət göstərən bir şəxslə əhəmiyyətli əməliyyatlar həyata keçirən hüquqi dövlət, müəssisə və fiziki şəxslərə maliyyə cəzalarını genişləndirir”. “Əhəmiyyətli əməliyyatlar” ifadəsinin özü birmənalı olmasa da, Çin nümunəsi S-400 HHM sistemi və Su-35 döyüş təyyarələri kimi yüksək səviyyəli Rusiya silahlarının CAATSA sanksiyaları üçün potensial tətikləyici rol oynadığını göstərir.

Türkiyənin vəziyyətində Rusiyadan satın alınan S-400-lərin “aktivləşdirilməsi”nin təxirə salınması Ankarının Şimali Atlantika Müqaviləsi Təşkilatında (NATO) müttəfiqi olan ABŞ ilə ortaya çıxan sanksiya böhranından diplomatik çıxış yolu oldu. Həqiqətən, bu hədd ilk dəfə S-400 tədarükündən sonra 2019-cu ilin ortalarında ABŞ senatoru Lindsey Qraham və Dövlət katibi Mayk Pomepo tərəfindən səsləndirilib.

Ankara bu qırmızı xətti keçməyi bir neçə səbəbə görə təxirə salıb. Birincisi, dünya pandemiyadan sonra hərbi xərclərin kəskin azalmasına müşahidə edəcək. Müdafiə iqtisadiyyatı tərəddüd etdiyi zamanlarda ABŞ-ın sanksiyalarını təhrik etmək riski çətin vəziyyət yarada bilər. İkincisi, hərbi cəhətdən S-400, xüsusən qlobal iqtisadi böhranın ortasında CAATSA-nın mənfi vəziyyətə düşməsi riski üçün Türkiyə imkanlarını kifayət qədər inkişaf etdirməyəcək. Müasir raket əleyhinə müdafiə şəbəkə mərkəzli bir arxitektura daxilində quraşdırılmış sensorlardan asılıdır. Amma Türkiyə S-400-ləri müstəqil sistem olaraq istifadə etməyi planlaşdırdığını bildirib, bu da sistemlərin raketlərə qarşı əməliyyat effektivliyini pozacaq.

Nəzəri olaraq, balanslaşdırılmış hava hwcumundan müdafiə planlaması döyüş təyyarələrinin üstünlük təşkil edən doktrinal döyüş əmrləri ilə müqayisədə bəzi üstünlüklər də verə bilər: HHM sistemləri daha aşağı əməliyyat xərcləri və daha az kompleks infrastruktur tələb edir.

Bununla birlikdə, CAATSA-nı daha da genişləndirmək, xüsusilə də Çinin əsas satınalma orqanının sanksiyaların hədəfində olduğunu nəzərə alaraq, Türkiyə üçün olduqca təhlükəlidir. Ankara bənzər məhdudiyyətlərlə qarşılaşsaydı, Türkiyə özünü Avroatlantik müdafiə ekosistemindən təcrid olunmuş vəziyyətdə tapa bilərdi. Siyasi cəhətdən CAATSA-nın xərclərini çəkmək, bu anda Ankara üçün mübahisəli olaraq çox yüksəkdir.

“Təxirə salınmadan” sonra, Türkiyə növbəti addımlarına görə ən azı dörd potensial gələcək ssenari ilə qarşılaşırdı:

“Böyük gözləntilər ssenarisində” Türkiyə prezident Donald Trump tərəfindən xilas ola biləcəyi ümidi ilə S-400 əməliyyatını elan etməyi daha da ertələyə bilər.

Digər bir ssenaridə Türkiyə F-35 beşinci nəsil döyüş təyyarəsi proqramında iştirakını bərpa edir, S-400-lərdən imtina edir.

Ankara “sanksiya senarisi”ndə ilk S-400 komplektinin (alayının) qurulduğunu rəsmən elan edə bilər. CAATSA sanksiyaları qaçılmaz olaraq təqib ediləcək, lakin bu kursun təsiri maliyyə cəzalarının əhatəsi ilə müəyyən ediləcək. Buna baxmayaraq, NATO-nun birliyi zəifləyə və hətta bunun üçün pul qazanan Rusiya belə bir nəticənin açıq qalibi olacaqdı.

Nəhayət, bir “joker ssenari” barədə fərziyyə etmək olardı. 2008-ci il müharibəsində Gürcüstanın HHM sistemi Tu-22M bombardmançı təyyarəsi də daxil olmaqla, Rusiya təyyarələrinə qarşı gözlənilməz müqavimət göstərdi. Göründüyü kimi Tiflisin Kiyevlə əvvəlki əməkdaşlığı Gürcüstan Silahlı Qüvvələrinin komandanlığı altında Sovet dövründən qalma HHM sistemlərini mənimsəməsinə kömək etdi. Bu gün Türkiyə və Ukrayna da inkişaf etməkdə olan hərbi əlaqələrdən zövq alırlar. Sovet İttifaqından qalma Ukrayna müdafiə texnoloji və sənaye bazası, bu sayədə Türkiyə ordusu və silah istehsalçıları üçün Ankaranın yeni əldə etdiyi S-400-ün arxasındakı dizayn fəlsəfəsini daha yaxşı anlamaları üçün gəlirli bir mənbə ola bilər. Həqiqətən, Ankara öz gələcək strateji müdafiə silahlarının inkişafı üçün Sovet-Rusiya texnoloji irsinə söykənmək istəyə bilər. Nə də olsa, Türkiyənin hazırkı hücum strateji silahlar proqramı on illər əvvəl Çindən satın alınan B-611 taktiki ballistik raket sisteminə əsaslanır. Əlbətdə ki, bu az ehtimal ediləndir, bu, Türkiyə hökumətinin bu cür səylərini Kremldən gizlətmək qabiliyyətindən çox asılı olacaq.

Sonrakı proseslər göstərdi ki, Türkiyə sanksiyalar ssenarisinə məruz qaldı. ABŞ Türkiyənin müdafiə sənayesi rəsmilərinə sanksiyalar tətbiq etdi. Nəticədə bu, Alyans daxilində narazılıqların toxumlarını səpdi.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: S-400   CAATSA  

Türkiyənin kritik S-400 məsələsində CAATSA faktoru – ANALİZ

2021/03/11221-1615530069.jpg
Oxunub: 1484     16:00     22 İyun 2021    

Bizi "telegram"da izləyin