""Dövlətçiliyimiz üçün döyüşürük" fikri zabitlərin ürəyini dağa döndərmişdi" - DİSPUT

2021/06/c2626-1624359611.jpg
Oxunub: 745     17:21     25 İyun 2021    
Böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə xalqa arxalanırdı, xalqı dövlətçilikdə əsas qüvvə bilirdi. Məhz buna görə Azərbaycanda hakimiyyətdə olduğu illərdə xalqın iradəsini də, xalqın dövlətçiliyə etimadını da, sədaqətini də yüksək dəyərləndirir, azərbaycançılığı yaşam fəlsəfəsi kimi yaşadırdı. Ən böyük azərbaycanlı olan böyük tarixi şəxsiyyəti xalq sonsuz məhəbbətlə sevir, onun hər kəlməsini aqil kəlamı bilirdi...

Böyük tarixi şəxsiyyət vətənpərvərliyi olduqca yüksək dəyərləndirdi. Hərbçi yüksək vətənpərvərlik duyğusuna, Vətən sevgisinə malik olur. Hərbi and bu xarakteri tamamlayır, sonrakı illər üçün yaşamın da, fəaliyyətin də başlanğıcı olur...

Bu düşüncələrlə "N" hərbi hissəsinə tələsirik. "Vətən, sənin əsgərinəm!" mövzusunda disput olacaq. Vətəndən, işğaldan azad edilmiş torpaqlarımızdan, qazanılan Zəfərdən, qəhrəmanlıqlardan, şəhidlərdən danışacağıq, Azərbaycan naminə görülən müqayisəyəgəlməz böyük işlərdən danışacağıq. Vətən müharibəsindən əvvəl əsgərlərdən eşitdiklərimdən danışılacaq anlara yaxınlaşdıqca bir daha Vətən müharibəsini xatırlayıram. Vətən müharibəsində döyüşlərdən səyyar qəzet hazırlayırdıq. Onda əsgər Lətif Qasımov demişdi: Torpaqlarımızı işğaldan azad etmək üçün döyüşürük, yəni dövlətçiliyimiz üçün döyüşürük. Əsgərin "dövlətçiliyimiz üçün döyüşürük" fikri mənim də, döyüşən hərbi hissənin zabitlərinin də "ürəyini dağa döndərmişdi". Əsgər - döyüşçü Vətən müharibəsinin mahiyyətini nə qədər gözəl dərk edir!

Tədbir başlayır. Hərbi hissənin zabiti disputun mahiyyətindən danışır, əsgərləri disputda fəal iştiraka həvəsləndirir.

- Xalq şairi Məmməd Araz deyirdi:

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim.

Biz hamımız bu şeirin mahiyyətini ömrümüzə köçürmüşük. Yəni, Vətən naminə hər şeyə, Hərbi andda deyildiyi kimi, şəhidliyə də hazırıq. Bunu Vətən müharibəsi də təsdiqlədi. Şuşa şəhərinin işğaldan azad edilməsi işğalı sonlandırdı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü kimi tarixləşdi, - zabit Fərahim Baratoğlu belə deyir.

Zabitin dedikləri əsgərlərin düşüncələrini disputun mahiyyəti ilə qoşalaşdırır, yəni, əsgərlər Vətən kəlməsinin müqəddəsliyini bir mövzu ətrafında yenidən yaşayırlar, yaşaya-yaşaya "Vətən, sənin əsgərinəm!", - fikrinin nə qədər gərəkli, nə qədər duyğusal olduğunu da deyirlər.

- Vətən kəlməsinin nə olduğunu uşaqlığımızdan bilirik. Ailədə də, məktəbdə də eşitdiklərimiz hər birimizin düşüncələrimizə hopur. Biz illəri bu duyğuyla yaşayırıq, bu sevgiylə təhsil alırıq, bu sevgiylə xidmət edirik. Vətən müharibəsi başlayanda çağırışçı idik. Döyüşlərə getmək istədik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsinə müraciət etdik. Ehtiyac olmadığını bildirdilər. Biz xidmətə Zəfərdən sonra başladıq. Bu tarixi Zəfəri qazananların layiqli davamçıları olacağıq, - əsgər Ramazan Möminov elə deyir.

- Azərbaycanda milli azadlıq hərəkatının mübarizlərinin əldə etdiyi müstəqilliyi dahiyanəliklə yaşadan dahi rəhbər Heydər Əliyevə borcluyuq. Təkcə biz yox, tarix də onlara borcludur. Onlara tarixən "Mən azərbaycanlıyam!" deyənlərin hamısı borclu olduğunu deyəcək. Tarix müstəvisinə gətirilən dövlətçiliyi bu günün gəncləri qoruyur. Onlar Vətən müharibəsində də bu amalla döyüşdülər. Ordumuz bu amalın ordusudur, - zabit Rəşad Əliyev belə deyir.

Hansı sahədə işləməsindən, harada təhsil almasından asılı olmayaraq bütün vətəndaşlar Vətən müharibəsində qazanılmış zəfərin ruhumuzun zəfəri olduğunu deyir: Bütün uğurlarımızın başlanğıcı azərbaycançılığımızdır!

Disputda Vətən müharibəsində döyüşçü əsgərdən eşitdiklərimi xatırladıram.

- Ötən əsrin sonlarında Azərbaycanda milli azadlıq hərəkatı dünyəvi heyrət doğurmuşdu. Atam o illəri, günləri xatırlayanda qürurdan qəhərlənirdi, "Bu günlərimiz üçün, müstəqilliyimiz, azadlığımız üçün onlara borcluyuq. Onların qazandığı müstəqilliyi siz qorumalısınız". Biz müstəqilliyimizi qoruyuruq. Ərazi bütövlüyümüzü də bərpa etdik. Vətən müharibəsi bu amalın müharibəsiydi.

Dediklərim əsgərlərin düşüncələrini disputun mahiyyətinə yönəldir. Bu yönəltmə ötənlərin xatırlanması kimi təzahür edir, yəni, əsgərlər Vətən müharibəsindən danışırlar.

Əsgər Rahid Hacıyev belə deyir.

O illər bizim yaşımızdan böyükdür. O illəri özümüz yaşamamışıq. Yəni, nə biliriksə, tarixdən öyrənmişik, xatirələrdən eşitmişik, kitablardan oxumuşuq... Bunların hamısı Birinci Qarabağ müharibəsinin qəhrəmanları, qəhrəmanlar haqqında faktlardır. Bu faktları yaşadanların sırasında atalarımız, əmilərimiz olub, Zəfəri qazananların sırasında biz varıq. İndi bu gün həmin faktlar haqqında birlikdə söhbətləşirik. Azərbaycanın müharibə tarixi haqqında hər fakt, hər hadisə tarixdir. Hamı kimi bizi də maraqlandırır, düşündürür.

- Azərbaycanda hakimiyyətdə yaranmış boşluqlar, şəxsi niyyətlər, qarşıdurmalar, qruplaşmalar cəmiyyəti vətəndaş müharibəsi həddinə çatdırmışdı. Xalq belə dövlətçiliyə qarşı çıxmışdı. Xalq hiss edirdi ki, vəziyyət belə davam edərsə, Azərbaycan dövlətçiliyi süquta uğraya bilər. 71 ildən sonra bərpa edilmiş dövlətçiliyi qorumaq üçün xalq ayağa qalxdı. Vəziyyət kəskinləşəndə - Gəncədə qiyam başlayanda Azərbaycan dövlətçiliyinə böyük təhlükə yaranmışdı. Onda xalq təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bu dəvət böyük inam idi, Azərbaycan naminə azərbaycançılıq coşqusu idi. Dünya da gördü ki, xalq rəhbərini dönməz məhəbbətlə sevir. Bu məhəbbət bəşəri məhəbbət idi. Xalqın bu qədərsiz sevgisi, bu dönməz inamı tarixin qondarılmış yolunu öz axarına yönəldə bildi, Heydər Əliyev iyunun 9-da Bakıya gəldi, - zabit Fərahim Baratoğlu belə deyir. Onun fikirlərini belə tamamlayıram.

Müasir Azərbaycan dövlətçiliyi ulu öndər Heydər Əliyevin şah əsəridir.

Azərbaycan gənc dövlət idi və onun inkişafı üçün mühüm islahatlar keçirilməli idi. Ulu Öndər bunu dahiyanəliklə, mərhələlərlə həyata keçirdi. Atəşkəs elan edilsə də, Azərbaycanda müharibə şəraiti davam edirdi. Ümummilli lider Heydər Əliyev deyirdi: "Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda yeni bir sistem yaranıbdır. Dünya standartlarına yaxınlaşan, dünya standartlarına çatmağa çalışan hüquqi, demokratik, dünyəvi dövlət yaranıbdır. Budur, bizim nailiyyətimiz... Bu, bütün sahələrdə özünü göstərir. Bizim Konstitusiyamız, qəbul etdiyimiz qanunlar, onların icrası, cəmiyyətə bütün sahələrdə verilən azadlıq, sərbəstlik - bunlar hamısı bizim dövlətçilik anlayışımızın tərkib hissələridir".

Əsgər Vidadi Əliyev əsgər yoldaşı Ramazan Möminovun fikirlərini

Vətən gözdü, biz kirpik,

Gözümüzün keşiyini çəkirik, -

misralarıyla tamamlayır. Fikrin poetik ifadəsi həmişə duyğuları mətləbə kökləyir. Əsgər Səbuhi Hüseynov əsgər yoldaşının şeir misralarıyla ifadə edilən mətləbinə Abbas Səhhətin Vətən şeiriylə söykək olur:

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, Vətənimdir, Vətənim.

Misraların doğmalığı əsgərlərin hamısının könlünə yatır, hamısı bu gözəl şeiri birnəfəsə təkrarlayır.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin ideyalarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük məsuliyyətlə, böyük sədaqətlə, böyük sevgilərlə davam etdirir.

Müasir Azərbaycan gəncliyi Vətən sevgisinin mahiyyətini yaşam fəlsəfəsi bilir, bu mahiyyəti düşüncələrindən ürəyinə köçürüb. Azərbaycanın dövlət müstəqilliyini də, ərazi bütövlüyünü də qorumaq onların azərbaycançılıq borcudur. Yəni, gənclərimiz məhz bu amalın gəncləridir...

Vətən müharibəsi Zəfərlə başa çatdı. Bu Zəfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərkərdəliyi ilə, ulu öndər Heydər Əliyevin formalaşdırdığı Azərbaycan Ordusunun döyüş qabiliyyəti ilə, xalqın orduya güvənci, ordunun xalqa arxalanması ilə əldə edildi. Bütün bunlar azərbaycançılığın, azərbaycançılıq ideologiyasını yaşadanların Vətən sevgisi ilə bağlıdır.

Əsgər Səyyad Hüseynov Səməd Vurğunun "Azərbaycan" şeirini xatırladır. "Əlbəttə ki, əsgər olmağımızla biz də qürur duyuruq. Hər birimiz Hərbi andın tələblərini böyük məsuliyyətlə yerinə yetirir, Dövlət Himnimizi ömür yolumuza düşən işıq bilirik, - deyir. Zabit qürurla Səyyada baxır, sonra da, digər əsgərlərə, yəni, yoldaşımızın dediklərinə münasibətinizi bildirin. Hamısı "Səyyad nə dedisə, hamımızın adından dedi", - əsgərin qüruru hiss edilən qürurdur...

Disput təsdiqlədi ki, Azərbaycan əsgəri dövlətçiliyimizin tarixini də bilir, torpaqlarımızı da sədaqətlə, əzmlə qoruyur. Onların yolunu davam etdirəcək əsgərlərin də belə xidmət edəcəyinə əmindir...

Disput onu da təsdiqlədi ki, Azərbaycan əsgəri hərbçiləri də, mülki vətəndaşları da dövlətçilik əsgəri bilir...

Ceyhun Cəfərli "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu  

""Dövlətçiliyimiz üçün döyüşürük" fikri zabitlərin ürəyini dağa döndərmişdi" - DİSPUT

2021/06/c2626-1624359611.jpg
Oxunub: 746     17:21     25 İyun 2021    

Bizi "telegram"da izləyin