Ermənistanın BQ rəisindən təxribatçı açıqlama: “Ordu məsələni güc yolu ilə həll etməyə hazırdır”

2021/06/photo-1624355177.jpg
Oxunub: 4125     14:21     22 İyun 2021    
“Ordu məsələni güc yolu ilə həll etməyə hazırdır, lakin bu, arzuolunan variant deyil”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan sərhəddəki vəziyyətlə bağlı danışarkən bildirib.

“Danışıqlar vasitəsilə məsələni həll etmək imkanı varsa, bu zaman yeni toqquşmalara getməkdənsə, məsələni həll etmək düzgün olar”, - deyə o qeyd edib.

Davtyan deyib ki, rəqibin erməni kəndlilər istiqamətində atəş açması ilə bağlı deyilən bir az şişirdilib: “Əlbəttə, yaranmış vəziyyət ağrılıdır. Lakin tədbirlər görülür, vəziyyəti qaydasına salmaq üçün danışıqlar gedir”.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb ki, qoşunlar geri çəkiləcək, rus sərhədçilər yerləşdiriləcək.

“Rus tərəfi ilə danışıqlar gedir. Bizim məqsədimiz odur ki, Azərbaycan qüvvələri toqquşmalar olmadan çəkilsinlər”, - deyə o bildirib.

Artak Davtyanın Samvel Babayanın nazir təyin edilməsi barədə qeyd edib: “Mən bənzər məlumata sahib deyiləm”.

Davtyanın sözlərinə görə, Ermənistan Müdafiə nazirinin əmri ilə müharibənin gedişatını araşdıran komissiya yaradılıb.

“Fərarilərə gəlincə, kifayət qədər böyük sayda cinayət işləri açılıb. Mən bu işlərin nəticələrini gözləməyi təklif edirəm”, - deyə Artak Davtyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Təxribat  


Ermənistanın BQ rəisindən təxribatçı açıqlama: “Ordu məsələni güc yolu ilə həll etməyə hazırdır”

2021/06/photo-1624355177.jpg
Oxunub: 4126     14:21     22 İyun 2021    
“Ordu məsələni güc yolu ilə həll etməyə hazırdır, lakin bu, arzuolunan variant deyil”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan sərhəddəki vəziyyətlə bağlı danışarkən bildirib.

“Danışıqlar vasitəsilə məsələni həll etmək imkanı varsa, bu zaman yeni toqquşmalara getməkdənsə, məsələni həll etmək düzgün olar”, - deyə o qeyd edib.

Davtyan deyib ki, rəqibin erməni kəndlilər istiqamətində atəş açması ilə bağlı deyilən bir az şişirdilib: “Əlbəttə, yaranmış vəziyyət ağrılıdır. Lakin tədbirlər görülür, vəziyyəti qaydasına salmaq üçün danışıqlar gedir”.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb ki, qoşunlar geri çəkiləcək, rus sərhədçilər yerləşdiriləcək.

“Rus tərəfi ilə danışıqlar gedir. Bizim məqsədimiz odur ki, Azərbaycan qüvvələri toqquşmalar olmadan çəkilsinlər”, - deyə o bildirib.

Artak Davtyanın Samvel Babayanın nazir təyin edilməsi barədə qeyd edib: “Mən bənzər məlumata sahib deyiləm”.

Davtyanın sözlərinə görə, Ermənistan Müdafiə nazirinin əmri ilə müharibənin gedişatını araşdıran komissiya yaradılıb.

“Fərarilərə gəlincə, kifayət qədər böyük sayda cinayət işləri açılıb. Mən bu işlərin nəticələrini gözləməyi təklif edirəm”, - deyə Artak Davtyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Təxribat  


Bizi "telegram"da izləyin