İsrail PUA-ları zərərsizləşdirmək üçün təyyarələrə quraşdırılan lazer sistemi hazırlayır

2021/06/ezgif-1624344793.jpg
Oxunub: 428     12:37     22 İyun 2021    
İsrail Müdafiə Nazirliyi və ölkənin müdafiə sənayesinin əsas şirkətlərindən olan “Elbit Systems” Pilotsuz Uçuş Aparatlarını (PUA) və digər hava hədəflərini zərərsizləşdirmək üçün təyyarələrə quraşdırılan lazer silahı inkişaf etdirir.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin araşdırma və inkişaf bölməsinin generalı Yaniv Rotem məlumat verib.

Bildirilir ki, hələlik adı açıqlanmayan lazer silah İsrailin qısa mənzilli raketlərlə mübarizə üçün nəzərdə tutulan “Dəmir Günbəz” və ballistik raketlərə qarşı mübarizədə istifadə edilən “Davidin Sapandı” və “Arrow” Hava Hücumundan Müdafiə (HHM) sistemlərini əhatə edən çoxtəbəqli HHM arxitekturasına daxil ediləcək.

İsrail rəsmisi bildirib ki, lazer sistemi yüngül təyyarələrə quraşdırılıb. İlkin sınaqlarda 1 kilometr məsafədə bir neçə PUA-ya qarşı uğurlu olub.

“Elbit Systems” şirkəti bundan başqa raketləri sıradan çıxarmaq üçün lazerdən istifadə edən təyyarələrə quraşdırılmış “C-Music” müdafiə sistemi hazırlayır. Şirkət rəsmiləri yeni lazer silahının “C-Music”ə bənzər izləmə texnologiyalarından istifadə edəcəyini, ancaq hədəfləri yandıraraq məhv edəcəyini qeyd edir.

Rotem 20 km məsafədə 100 kilovatlıq gücə malik prototipin 3-4 il ərzində istismara veriləcəyini bildirib.

İsrail Müdafiə Nazirliyi, “Elbit Systems” və dövlətə məxsus “Rafael Advanced Defence Systems” şirkətləri hava təhdidlərini vurmaq üçün quruda yerləşdirilmiş lazer silahı üzərində də işləyir. Nazirliyin bildirdiyinə görə, bu 8-10 km məsafədə hədəfləri vura viləcək. Sistemin 2025-ci ilə qədər istismara veriləcəyi qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail   PUA  

İsrail PUA-ları zərərsizləşdirmək üçün təyyarələrə quraşdırılan lazer sistemi hazırlayır

2021/06/ezgif-1624344793.jpg
Oxunub: 429     12:37     22 İyun 2021    

Bizi "telegram"da izləyin