Rumıniyalı nazir: “Azərbaycanla Ermənistan arasında demarkasiya və mina məsələləri üzrə danışıqların aparılması vacibdir”

2021/06/60cde-1624111930.jpg
Oxunub: 1130     17:11     19 İyun 2021    
İyunun 19-da Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşüb.

XİN-in Mətuat Xidməti idarəsindən Ordu.az-a verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycan və Rumıniya arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri məmnunluqla qeyd edib.

İkitərəfli iqtisadi, humanitar, təhsil və s. istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Nazir, həmçinin həmkarına münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, Azərbaycan tərəfindən bu xüsusda atılan addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında geniş məlumat verdi. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması imkanının yarandığı qeyd olunub.

B. Auresku öz növbəsində Azərbaycan ilə münasibətlərin strateji tərəfdaşlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Post-münaqişə dövründə regionda baş verən proseslərə toxunan nazir demarkasiya və mina məsələləri üzrə danışıqların aparılmasının vacibliyini dilə gətirdi. Nazir, həmçinin mina partlaması nəticəsində həyatını itirən jurnalistlərə görə dərin təəssüf hissi keçirdiyini ifadə edib.

Daha sonra B.Auresku ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirib və bu xüsusda, Azərbaycan-Rumıniya Birgə Komissiyasının fəaliyyətinin vacibliyini qeyd edib.

Nazir Auresku bu il Azərbaycan ilə Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını bildirərək, bununla əlaqədar həmkarını ölkəsinə səfər etməyə dəvət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rumıniya   Azərbaycan  

Rumıniyalı nazir: “Azərbaycanla Ermənistan arasında demarkasiya və mina məsələləri üzrə danışıqların aparılması vacibdir”

2021/06/60cde-1624111930.jpg
Oxunub: 1131     17:11     19 İyun 2021    

Bizi "telegram"da izləyin