Türkiyə "Atmaca" gəmi əleyhinə raket sistemini uğurla sınaqdan keçirib - VİDEO

2021/06/ATMAC-1624080320.jpg
Oxunub: 2375     09:27     19 İyun 2021    
Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal edilən “Atmaca” gəmi əleyhinə raket sistemi silahlanmaya qəbul edilməzdən əvvəl son sınaq zamanı hədəfi müvəffəqiyyətlə məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib.

Sistem Türkiyə Hərbi Dəniz Qüvvələrinin "Kınalıada" korvetlərində sınaqdan keçirilib.

“Atmaca” gəmi əleyhinə raketləri layihəsi Türkiyə Hərbi Dəniz Qüvvələrlərinin ehtiyaclarını qarşılamaq üçün 2005-ci ildə ROKESAN şirkəti tərəfindən başlanılıb. Raketlərə qatı yanacaqla işləyən turboreaktiv mühərrik quraşdırılıb. Türkiyə HDQ tərəfindən istifadə edilən “Harpoon” raketlərini əvəz edəcək “Atmaca” raketlərinin avtomatik tuşlanan başlığı və radiolokasiya sistemi ASELSAN şirkəti tərəfidən istehsal edilib.

“Atmaca” raketləri Ankaranın ABŞ və Fransadan asılılığına son qoyacaq. 350 mm kalibrli raketlər həm gəmilərdən, həm də sualtı qayıqlardan atıla bilir. Raketin ümumi çəkisi 800 kiloqram, döyüş başlığı 250 kiloqram, mənzili 220 kilomterdir.

İlk olaraq “Milgem ADA” sinfinə nəxsus korvetində istifadə ediləcək “Atmaca” raketlərinin cari ilin sonunadək Türkiyə Dəniz Qüvvələri Komandanlığının inventarına daxil edilməsi planlaşdırılır.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Atmaca  


Türkiyə "Atmaca" gəmi əleyhinə raket sistemini uğurla sınaqdan keçirib - VİDEO

2021/06/ATMAC-1624080320.jpg
Oxunub: 2376     09:27     19 İyun 2021    
Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal edilən “Atmaca” gəmi əleyhinə raket sistemi silahlanmaya qəbul edilməzdən əvvəl son sınaq zamanı hədəfi müvəffəqiyyətlə məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib.

Sistem Türkiyə Hərbi Dəniz Qüvvələrinin "Kınalıada" korvetlərində sınaqdan keçirilib.

“Atmaca” gəmi əleyhinə raketləri layihəsi Türkiyə Hərbi Dəniz Qüvvələrlərinin ehtiyaclarını qarşılamaq üçün 2005-ci ildə ROKESAN şirkəti tərəfindən başlanılıb. Raketlərə qatı yanacaqla işləyən turboreaktiv mühərrik quraşdırılıb. Türkiyə HDQ tərəfindən istifadə edilən “Harpoon” raketlərini əvəz edəcək “Atmaca” raketlərinin avtomatik tuşlanan başlığı və radiolokasiya sistemi ASELSAN şirkəti tərəfidən istehsal edilib.

“Atmaca” raketləri Ankaranın ABŞ və Fransadan asılılığına son qoyacaq. 350 mm kalibrli raketlər həm gəmilərdən, həm də sualtı qayıqlardan atıla bilir. Raketin ümumi çəkisi 800 kiloqram, döyüş başlığı 250 kiloqram, mənzili 220 kilomterdir.

İlk olaraq “Milgem ADA” sinfinə nəxsus korvetində istifadə ediləcək “Atmaca” raketlərinin cari ilin sonunadək Türkiyə Dəniz Qüvvələri Komandanlığının inventarına daxil edilməsi planlaşdırılır.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Atmaca  


Bizi "telegram"da izləyin