WSJ: ABŞ qoşunlarının və silahlarının bir hissəsini bəzi Yaxın Şərq ölkələrindən çıxaracaq

2021/06/a8414-1624080001.jpg
Oxunub: 527     09:51     19 İyun 2021    
ABŞ prezidenti Co Baydenin administrasiyası bir sıra Yaxın Şərq ölkələrindən ABŞ hərbi qüvvələri və silahlarının bir hissəsinin çıxarılmasına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri öz mənbələrinə istinadən yazıb.

Məlumata əsasən, ABŞ, xüsusən İraq, Küveyt, İordaniya və Səudiyyə Ərəbistanından "Patriot" Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin təxminən səkkiz batareyasının yerini dəyişdirəcək.

Bundan əlavə, Səudiyyə Ərəbistanından THAAD (Terminal High Altitude Area Defence) HHM sisteminin bir kompleksi çıxarılacaq.

Güman edilir ki, daha əvvəl bu sistemlərdə xidmət edən yüzlərlə hərbçi Birləşmiş Ştatlara qayıdacaq.

Mənbələrdən biri qeyd edib ki, regionda hərbi mövcudluğa yenidən baxılması ABŞ prezidenti Cozef Bayden administrasiyasının qüvvələri Rusiya və Koreya Xalq Demokratik Respublikasından olan çağırışlara cəmləmək istəyi ilə şərtlənir.

Başqa məlumatlara görə, qoşunların Yaxın Şərqdən çıxarılması regionun daha çox ənənəvi mühafizə səviyyəsinə qayıdışına şahidlik edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaxın-Şərq  


WSJ: ABŞ qoşunlarının və silahlarının bir hissəsini bəzi Yaxın Şərq ölkələrindən çıxaracaq

2021/06/a8414-1624080001.jpg
Oxunub: 528     09:51     19 İyun 2021    
ABŞ prezidenti Co Baydenin administrasiyası bir sıra Yaxın Şərq ölkələrindən ABŞ hərbi qüvvələri və silahlarının bir hissəsinin çıxarılmasına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri öz mənbələrinə istinadən yazıb.

Məlumata əsasən, ABŞ, xüsusən İraq, Küveyt, İordaniya və Səudiyyə Ərəbistanından "Patriot" Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin təxminən səkkiz batareyasının yerini dəyişdirəcək.

Bundan əlavə, Səudiyyə Ərəbistanından THAAD (Terminal High Altitude Area Defence) HHM sisteminin bir kompleksi çıxarılacaq.

Güman edilir ki, daha əvvəl bu sistemlərdə xidmət edən yüzlərlə hərbçi Birləşmiş Ştatlara qayıdacaq.

Mənbələrdən biri qeyd edib ki, regionda hərbi mövcudluğa yenidən baxılması ABŞ prezidenti Cozef Bayden administrasiyasının qüvvələri Rusiya və Koreya Xalq Demokratik Respublikasından olan çağırışlara cəmləmək istəyi ilə şərtlənir.

Başqa məlumatlara görə, qoşunların Yaxın Şərqdən çıxarılması regionun daha çox ənənəvi mühafizə səviyyəsinə qayıdışına şahidlik edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin