İşğaldan azad edilmiş ərazilərdə rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı hazırlanıb

2021/06/60caf-1623915380.jpg
Oxunub: 632     18:21     18 İyun 2021    
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Ordu.az xəbər verir ki, İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda xüsusi olaraq qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərin müasir çagırışlar nəzərə alınaraq və ən yeni texnologiyalar tətbiq edilməklə kompleks bərpası məqsədilə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi ümumi kurs, imzaladığı Fərman və Sərəncamlar, verdiyi tapşırıqlar əsas götürülərək nəqliyyat və rabitə infrastrukturunun bərpası məqsədilə əhəmiyyətli layihələr icra edilməkdədir.

Belə ki, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına qısa müddətdə reinteqrasiyası baxımından ərazi daxilində, eləcə də ərazi ilə digər regionlar arasında beynəlxalq standartlara cavab verən nəqliyyat infrastrukturu qurmaqla kommunikasiyaların bərpası, bu sahədə regional əməkdaşlığın genişləndirilməsi və bölgənin tranzit potensialının gücləndirilməsi olduqca vacibdir.

Bu məqsədlə həmin ərazilərdə işğala qədər mövcud olmuş avtomobil və dəmir yollarının, eləcə də hava limanlarının bərpa edilməsi və tələbata uyğun olaraq yenilərinin tikintisi üzrə hazırda icra edilən prioritet layihələr üzrə aidiyyəti qurumların nümayəndələri tərəfindən məlumatlar verilib, layihələrin icrası zamanı qarşıya çıxan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.

İclasda, həmçinin, qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərin ölkənin vahid informasiya-kommunikasiya məkanına hərtərəfli inteqrasiyası üçün magistral və lokal telekommunikasiya şəbəkələrinin tikilməsi və alternativlik təmin edilməklə respublikanın ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulması, müasir tələblərə uyğun mobil və sabit telekommunikasiya şəbəkələrinin qurulması, orada yaşayacaq və fəaliyyət göstərəcək əhaliyə və dövlət qurumlarına yeni texnologiyalar əsasında keyfiyyətli və fasiləsiz telefon, internet, radio-televiziya yayımı, poçt-maliyyə və s. xidmətlərinin təşkil edilməsi, efirə radionəzarətin və efir məkanının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçiriləcək.

Bu məqsədlə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı” hazırlanıb, aidiyyəti İşçi Qrupların, eləcə də qurumların rəyləri nəzərə alınaraq İdarələrarası Mərkəzə təqdim edilib və müvafiq qaydada icraya götürülüb.

İşğaldan azad olunan ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası üzrə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrupu vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, hər bir qurum və nümayəndə tərəfindən bu proseslərdə aktiv və qarşılıqlı əməkdaşlıq şəraitində iştirakın təmin edilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İşçi-Qrupu  

İşğaldan azad edilmiş ərazilərdə rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı hazırlanıb

2021/06/60caf-1623915380.jpg
Oxunub: 633     18:21     18 İyun 2021    

Bizi "telegram"da izləyin