Putin-Bayden sammiti fonunda imzalanan Şuşa Bəyannaməsi

2021/06/60c8a-1623762940.jpg
Oxunub: 2158     17:26     18 İyun 2021    
Bu həftə Cenevrədə dünya əhəmiyyətli və önəmli bir hadisə baş verdi. Vladimir Putin və Co Bayden arasında görüş baş tutub. İki tərəf görüşün nəticələri haqqında orta dərəcəli nikbinliklə çıxış edib. Rusiya prezidenti Vladimir Putin Cenevrədə bildirib ki, amerikalı və rus səfirlər Vaşinqton və Moskvaya qayıdırlar.

“Düşünürəm ki, görüş konstruktiv idi, hər iki tərəf bir-birini başa düşmək istəyini nümayiş etdirib”, - deyə Rusiya prezidenti qeyd edib. ABŞ və Rusiya prezidentlərinin danışıqları Cenevrənin Villa La Grange qalasında başa çatıb, təxminən 4 saat davam edib. Görüş əvvəlcə dar çərçivədə olub, sonra genişlənib.

Dar çərçivəli görüşdə ABŞ Dövlət katibi və Rusiya Xarici İşlər naziri iştirak edib.

Görüş başlayarkən Putin Baydenə ikitərəfli sammitin keçirilməsi təşəbbüsünə görə təşəkkür edib, Bayden də cavab olaraq həm potensial əməkdaşlıq sahələri, həm də fikir ayrılıqları haqqında danışmağa ümid etdiyini bildirib. Rus və amerikalı liderlər, daha əvvəl bildirdiyi kimi, özləri üçün daha vacib başqa məsələlər arasında böyük ehtimalla Qarabağ məsələsini də müzakirə ediblər.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Qarabağın Co Bayden və Vladimir Putinin müzakirə etməyi planlaşdırdığı regional mövzular siyahısına daxil edildiyini söyləyib. Qeyd edək ki, Vaşinqton ötən il noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmanı alqışladığını bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıqlardan əvvəl bildirib ki, Rusiya və ABŞ arasında mövcud olan ziddiyətləri anlamaq üçün oturmaq və danışmaq lazımdır. Onun sözlərinə görə, Vaşinqtonun Moskvanı cilovlamaq çağırışları iki prezidentin görüşündən əvvəl atmosferi yüngülləşdirmir.

“Hamımız bu barədə sözlər eşidirik ki, Moskva bunun üçün ödəniş etməyə məcbur olacaq. Əlbəttə, bütün bunlar ümumi atmosferi yüngülləşdirmir, lakin yenə təkrar edirəm, hər halda iki tərəf, həm prezident Putin, həm də prezident Bayden danışmaq niyyətindədir”, - deyə Peskov qeyd edib.

Kremlin nümayəndəsinin fikrincə, iki ölkə prezidentinin nə qədər fərqli fikirdə olduğunu, Rusiya və ABŞ arasındakı ziddiyyətlərin nə qədər kritik olduğunu anlamaq üçün əvvəlcə oturmaq və danışmaq lazımdır.

Bu, Baydenin ABŞ prezidenti vəzifəsini üzərinə götürməsindən etibarən Putinlə ilk görüşdür. Həm Vaşinqton, həm də Moskva müasir Rusiya-Amerika münasibətlərini kritik olaraq xarakterizə edir. Putin-Bayden görüşü iki ölkə arasındakı gərginliyin kəskin artması fonunda baş tutub: ABŞ Rusiyanı prezident seçkilərinə müdaxilə etməkdə və kiber hücumlarda günahlandırır.

Rusiya bu ittihamları əsassız hesab edir və ABŞ-ın beynəlxalq arenadakı hərəkətlərinin dünyada qeyri-sabitliyi artırdığını bildirir.

Putin-Bayden görüşü əslində bölgəmizdə Türkiyənin və Azərbaycanın güclənməsi fonunda baş tutub. Şuşada Türkiyə-Azərbaycan arasında bəyannamə imzalanıb. Bu, Rusiya üçün yeni vəziyyətdir. NATO-nun üzvü olan Türkiyənin Qafqazda güclənməsi Rusiya üçün narahatvericidir.

Yeri gəlmişkən, Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycan NATO əməkdaşlığı istiqamətində hazırdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Putin   Bayden   Şuşa  

Putin-Bayden sammiti fonunda imzalanan Şuşa Bəyannaməsi

2021/06/60c8a-1623762940.jpg
Oxunub: 2159     17:26     18 İyun 2021    

Bizi "telegram"da izləyin