Bayden Putini, yoxsa Putin Baydeni yerində otuzdurdu?| Onlar futbol oynamırlar

2021/06/656-1624010658.jpg
Oxunub: 1263     14:43     18 İyun 2021    
İsveçrənin Cenevrə şəhərində Bayden-Putin arasında baş tutan görüşlə bağlı beynəlxalq diqqət, görüşün ən azı beynəlxalq münasibətlər kontekstində vacib təsir potensialına malik olmasından ibarətdir.

Görüş məsələsinin iyunun 15-də görüşdən əvvəl baş tutmuş NATO Sammitinin gündəmində olması o deməkdir ki, bu görüşdə ABŞ prezidenti əsaslı suallar verəcəkdi. Rusiyanın ABŞ-dakı səfirinin və ABŞ-ın Rusiyadakı səfirinin də görüşdə iştirak etməsi görüşün praktik əhəmiyyətə malik olduğunu sübut edir. Bu o deməkdir ki, prezidentlər daha sonra diplomatik səviyyədə “implementasiya” probleminə malik məsələləri müzakirə edəcəkdilər.

Əlbəttə, bütün bunlarla yanaşı, ilkin bəyanatlara əsaslanaraq görüş barədə nəticələr çıxarmaq tezdir. Axı, çox vaxt bunlar həqiqətləri gizlətməyə düşünülmüş olur və ya sadəcə olaraq müəyyən bir diplomatik protokolla diktə edilir?!

Bu və ya digər şəkildə Bayden-Putin görüşünün qiymətləndirilməsi bəlkə də zaman məsələsidir və bu kontekstdə oyunçuların fəaliyyətlərində hansı əhəmiyyətli davranış dəyişikliklərinin baş verdiyini, hansı regionların bununla əlaqəli olduğunu və görüşü hansı hadisələrin izlədiyini qeyd etmək mümkün olacaq.

Görüşü “Bayden Putini yerində otuzdurdu” və ya “Putin Baydeni yerində otuzdurdu” məntiqi çərçivəsində nəzərdən keçirmək və ya dərk etmək yanlışdır. Əlbəttə, görüş futbol üzrə Avropa çempionatının final mərhələsinə paralel şəkildə baş verir və bəlkə də maraqlı futbol görüşlərindən az maraq yaratmayıb, lakin bununla belə, bu, futbol deyil və vəziyyət məsələn, “qələbə, məğlubiyyət, heç-heçə” ölçüsünü qeyri-ekvivalent şəkildə nəzərdən keçirmək üçün çox müxtəlif və çoxtəbəqəlidir.

Şübhəsizdir ki, müəyyən razılaşmaların rollarının və ayrıcı xətlərinin dəqiqləşdirilməsi mənasında müəyyən qarşılıqlı güzəştlər və ya fikir ayrılıqları və bəlkə də bunların daha da sərtləşməsi olub. Əlbəttə, burada bizim üçün əsas olan yaxın gələcəkdə həm rus, həm də Amerika tərəfləri ilə işləmək, mövcud imkanlardan istifadə etməklə maksimum dərəcədə qısa müddətdə maksimum dərəcədə görüşün məntiqi, məzmunu haqqında məlumat əldə etmək və hər hansı xoşagəlməz sürprizə məruz qalmamağa, imkan halında isə faydalı amillər üzərində işləməyə hazırlaşmaq olacaq.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya  

Bayden Putini, yoxsa Putin Baydeni yerində otuzdurdu?| Onlar futbol oynamırlar

2021/06/656-1624010658.jpg
Oxunub: 1264     14:43     18 İyun 2021    

Bizi "telegram"da izləyin