Türkiyənin “Alpagu” kamikadze PUA-sı hədəfini dəqiqliklə vura bilib - VİDEO

2021/06/STM-A-1623998589.jpg
Oxunub: 32983     10:59     18 İyun 2021    
Türkiyənin STM şirkəti tərəfindən inkişaf etdirilən “Alpagu” kamikadze PUA-sı atış sınaqları zamanı hədəfini dəqiqliklə vurmağı bacarıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsi məlumat yayıb

Uçuşunu işə saldıqdan sonra təxminən 10 dəqiqə ərzində həyata keçirən “Alpagu” görüntü izləmə proqramı vasitəsi ilə hədəf izləməni uğurla həyata keçirib.

Könhə türk folklorunda “tək başına düşmənə hücum edən igid” mənasını verən “Alpagu” ilk dəfə IDEF-2019 sərgisində təqdim edilib. Seriya istehsal versiyası “Alpagu Block II” zərbə PUA-sı “gəzən sursat” sinifinə aiddir. Avtonom idarəetməyə malik aparat asimmetrik və ya konvensional müharibədə bir nəfər əsgər tərəfindən nəql edilir. PUA pnevmatik qurğu sayəsində kvadrat konteynerdən buraxılır. Əsas qanadlar və quyruq pərləri buraxılışdan sonra açılır, elektrik mühərriki isə quyruq hissəsində quraşdırılan itələyici mexanizmi hərəkətə gətirir.

“Alpagu Block II” sabit qanadlı PUA-dan, atıcı və yerüstü idarəetmə qurğularından ibarətdir. Bir çox atıcı qurğunu eyni ərazidə yerləşdirməklə onlardan sürü şəklində istifadə də mümkündür. “Alpagu” “gəzən sursatları”nda MKEK tərəfindən hazırlanan partlayıcılardan istifadə edilir. Onun həm real zamanda orijinal görüntü emalı üçün, həm də dərin təhlil alqoritmləri ilə sabit və hərəkətli hədəflərə qarşı istifadəsi mümkündür.

Operator PUA-nı video kanal vasitəsilə idarə edir. Görüntü emalı alqoritmləri sayəsində “Alpagu” avtomobillər və insanlar kimi hərəkətsiz və hərəkətli hədəfləri aşkar və təsnif edə bilir. Burada STM Süni Zəka sahəsindəki zəngin təcrübəsini tətbiq edib. Aparat gecə-gündüz optik kameralarla təchiz edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Alpagu  

Türkiyənin “Alpagu” kamikadze PUA-sı hədəfini dəqiqliklə vura bilib - VİDEO

2021/06/STM-A-1623998589.jpg
Oxunub: 32984     10:59     18 İyun 2021    

Bizi "telegram"da izləyin