Tayvan administrasiyası ABŞ-dan iki silah sistemi alır

2021/06/16033-1623998276.jpg
Oxunub: 921     20:36     18 İyun 2021    
Tayvan administrasiyası ABŞ-dan iki silah sistemi almaq üçün müvafiq olaraq iki satınalma müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə administrasiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik müqavilələrin və alınan silahların detalları barədə məlumat verməyib. Alınan silahlardan birinin uzun mənzilli dəqiq atəş qabiliyyəti olan silah sistemi, digərinin raket olduğu bildirilir.

Tayvan mətbuatı öz mənbələrinə istinadən yazır ki, ABŞ-dan alınan silahlar HIMARS adlı yaylım atəşli reaktiv sistem və “Harpoon” sahil müdafiə sistemləridir.

Uzun mənzilli dəqiq atəş qabiliyyəti olan silah sistemini əhatə edən müqavilənin ümumi dəyərinin 346 milyon dollar olduğu bildirilir.

Ötən ilin oktyabr ayında ABŞ Dövlət Departamenti Tayvan administrasiyasına HIMARS raket sistemlərinin, “Harpoon” müdafiə sistemlərinin, ATACMS taktiki raketlərinin və müxtəlif digər silahların satışına razılıq vermişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   ABŞ  


Tayvan administrasiyası ABŞ-dan iki silah sistemi alır

2021/06/16033-1623998276.jpg
Oxunub: 922     20:36     18 İyun 2021    
Tayvan administrasiyası ABŞ-dan iki silah sistemi almaq üçün müvafiq olaraq iki satınalma müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə administrasiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik müqavilələrin və alınan silahların detalları barədə məlumat verməyib. Alınan silahlardan birinin uzun mənzilli dəqiq atəş qabiliyyəti olan silah sistemi, digərinin raket olduğu bildirilir.

Tayvan mətbuatı öz mənbələrinə istinadən yazır ki, ABŞ-dan alınan silahlar HIMARS adlı yaylım atəşli reaktiv sistem və “Harpoon” sahil müdafiə sistemləridir.

Uzun mənzilli dəqiq atəş qabiliyyəti olan silah sistemini əhatə edən müqavilənin ümumi dəyərinin 346 milyon dollar olduğu bildirilir.

Ötən ilin oktyabr ayında ABŞ Dövlət Departamenti Tayvan administrasiyasına HIMARS raket sistemlərinin, “Harpoon” müdafiə sistemlərinin, ATACMS taktiki raketlərinin və müxtəlif digər silahların satışına razılıq vermişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   ABŞ  


Bizi "telegram"da izləyin