Hər kilometrə 1500 mina?| “Tank qatilləri”nin dizaynı, tətbiqi və ona qarşı əks tədbirlər (ARAŞDIRMA)

2021/06/45654-14620838571.jpg
Oxunub: 2399     15:06     25 İyun 2021    
Minalardan istifadə mülki və hərbi şəxslər arasında fərq yarada bilmədiyi üçün onun müharibədə istifadəsi mübahisəlidir. Onlar münaqişənin bitməsindən illər sonra da dinc insanlara və iqtisadiyyata zərər verərək təhlükəli vəziyyət yaradır. Bu gün dünyanın 78 ölkəsi minalarla çirklənib və hər il 15.000.000 insan bu partlayıcı qurğuların partlaması nəticəsində ölür və saysız-hesabsız insan şikəst olur. Mina qurbanlarının 80%-i mülki şəxslərdir, ən çox təsirlənən yaş qrupu isə uşaqlardır.

Partlayışların əksəriyyəti sülh dövründə baş verir. Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyası vasitəsilə təşkil olunan bir sıra təşviqat qruplarının təzyiqi ilə 1997-ci ildə Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsinə dair konvensiya imzalanıb. Ottava müqaviləsi adlanan razılaşmaya bu günə qədər 164 dövlət qoşulub, lakin Çin, Rusiya, ABŞ kimi böyük dövlətlər hələ də bu müqaviləyə qoşulmayıb.

Mina torpağın altında gizlədilən və piyadalar, nəqliyyat vasitələri və tanklar üzərindən keçdiyi zaman partlayaraq onları öldürmək, sıradan çıxarmaq və ya məhv etmək üçün hazırlanmış partlayıcı qurğudur. Hədəf qurğunun üzərindən keçərkən tipik olaraq təzyiq səbəbindən avtomatik partlayır, bəzən digər partlama üsullarından da istifadə edilir. Hədəflər minanın birbaşa partlamasından, partlayış nəticəsində ətrafa saçılan qəlpələrdən və ya hər ikisindən zərər görə bilərlər.

Tank Əleyhinə Mina (TƏM) tank və zirehli döyüş maşınları da daxil olmaqla nəqliyyat vasitələrini zədələmək və ya məhv etmək üçün hazırlanmış mina növüdür.

Piyada əleyhinə minalarla müqayisədə, tank əleyhinə minalar daha böyük partlayıcı yükə malikdir və yalnız nəqliyyat vasitələri tərəfindən aktivləşdirilə bilər.

ABŞ Vətəndaş müharibəsi

TƏM tanklara qarşı 1916-cı ildən istifadə edilir, amma lokomotivlərə qarşı daha əvvəl eyni cihazlardan istifadə edilib. Məsələn, ABŞ Vətəndaş Müharibəsi dövründə Konfederasiya qüvvələri ən azı iki qatarı məhv edə bilən dəmiryol minalarından istifadə edib.

Birinci Dünya müharibəsi

İlk tank əleyhinə minalar Birinci Dünya müharibəsi əsnasında Bitaniya ordusunun müharibənin sonlarına doğru istifadə etməyə başladığı ilk tanklara qarşı əks-tədbir olaraq ortaya çıxdı. Başlanğıcda bu minalar yerə basdırılan yüksək partlayıcılıq qabiliyyəti olan mərmi və ya aktivləşdirici qurğusu yuxarı olan minaatan mərmisi idi. Daha sonra, “Flachmine 17” də daxil olmaqla məqsədli şəkildə hazırlanmış mina inkişaf etdirildi, bu, sadəcə partlayıcı ilə dolu taxta qutu idi, bu minalar uzaqdan və ya təzyiq ilə partlayırdı. Müharibənin sonunda Almaniya yeni mina üsulları inkişaf etdirdi. Birinci Dünya müharibəsi zamanı baş vermiş döyüşlərdə ABŞ-ın tank itkilərinin 15%-ini mina partlamaları təşkil edirdi.

Müharibələrarası dövr

Sovet İttifaqı minaların inkişafına 1920-ci illərin əvvəllərində başlayıb və 1924-cü ildə EZ adlı ilk tank əleyhinə minasını istehsal edib. Yeqorov və Zelinski tərəfindən hazırlanan mina 1 kq idi və bu, müasir tankların tırtıllarını məhv etmək üçün kifayət idi. Bu arada, Almaniyanın məğlubiyyətə uğraması tank əleyhinə minaların inkişafına təkan verdi. 1929-cu ildə ilk dəfə “Tellermine 29” adlı mina istismara verildi. Bu, təxminən 5 kq yüksək partlayıcı ilə doldurulmuş disk şəklində cihaz idi. “Tellermine 35” adlı ikinci mina 1935-ci ildə hazırlanıb. İspaniya Vətəndaş müharibəsi zamanı hər iki tərəf tank əleyhinə minalardan istifadə edilib. Qeyd edək ki, respublikaçı qüvvələr milliyyətçi qüvvələrin basdırdıqları minaları çıxaraq onların özlərinə qarşı istifadə edirdilər.

Sovet İttifaqı ilə Finlandiya arasındakı Qış Müharibəsi də tank əleyhinə minaların geniş istifadə edilməsinə səbəb oldu. Tank əleyhinə silah çatışmazlığı ilə üzləşən Finlandiya qüvvələri tanklara qarşı çətin ərazi və hava şəraitinin yaratdığı problemlərdən istifadə edirdi.

İkinci Dünya müharibəsi dövrü

Almaniyada istehsal edilən “Tellermine” ilk modeli 1929-cu ildə təqdim olunan Birinci və İkinci Dünya müharibələri arasındakı dövrdə inkişaf etdirilmiş tank əleyhinə mina idi. Bəzi variantlar düzbucaqlı formasında idi, lakin bütün hallarda xarici korpus dağıdıcı təsir üçün istifadə edilmədən yalnız partlayıcı maddə və fitil üçün nəzərdə tutulan xüsusi qan kimi xidmət edirdi. “Tellermine” dizaynının bir çox elementinin “Pignone P-1”, “NR 25” ve M6 kimi minaları təqlid etdiyi prototip tank əleyhinə mina idi. Minanın aktivləşməsi üçün yüksək təzyiq lazım idi, ona görə partlaması üçün vasitə birbaşa tankın üzərindən keçməli idi.

Mənbələrin birində bu barədə yazılır: “Təzyiqlə işə salındıqları üçün ilkin tank əleyhinə minalar, adətən, tankın təmasda olan hissəsinə böyük ziyan vururdu. Tankın heyəti heç bir zərər görmür, tankın silahları hələ də işlək vəziyyətdə qalırdı. Ancaq hərəkətsiz qaldıqları üçün təyyələrdən atılan raketlərlə və tank əleyhinə raketlərə qarşı həssas olurlar. II Dünya müharibəsi əsnasında Vermaxt xüsusi aktivləşdirmə qurğusu olan minalardan istifadə etməyə başladı. Bunlar təqribən iki fut dərinliyə basdırılırdılar və basdırıldıqdan sonra görmək mümkünsüz idi. Tank üzərindən keçərkən bu qurğu aktivləşir və nəticədə mina tankın altında partlayırdı. Partlayış nəticəsində adətən ekipaj ölür və tank istifadəyə yararsız olurdu”.

Çanta bombaları kimi digər tədbirlər olsa da, tanklara maqnit kimi yapışmaq üçün hazırlanmış yapışqan bombalar hazırlanıb, bunlar məsafədən partladılmadığı və ya təzyiqlə aktivləşmədikləri üçün mina kateqoriyasına düşmürlər. "Hawkins" adlı mina Britaniya istehsalı tank əleyhinə cihaz idi və aktivləşmə üçün taymerdən istifadə edilirdi.

"Hohl-Sprung" minaları müharibənin sonrakı dövrlərində Almaniya tərəfindən inkişaf etdirilib, lakin geniş istifadə edilməyib. Müharibənin ən qabaqcıl Alman tank əleyhinə minaları tərkibində minimal metaldan istifadə edilən "Topfmine" idi.

Almaniyanın “Tellermine” kimi minalarından fərqli olaraq “Riegel” və İtalyanın B-2 minaları kimi uzun minalar da var idi. Bunlar avtomobilin onu işə salma ehtimalını artırmaq üçün hazırlanmış uzun minalar idi, B2 uzunluğu boyunca çoxsaylı kiçik formalı partlayıcıdan ibarət idi. Bu forma Britaniyanın L9 minaları üçün ilham mənbəyi oldu.

Müasir dövr

Müasir tank əleyhinə minaların inkişafında bir sıra irəliləyişlər əldə edilib. Bunlar aşağıdakılardır:

- daha təsirli partlayıcı maddələrdən istifadə edilir (fərqli partlayıcıların birləşməsi və formalı yük effektləri);
- əlvan materialların istifadəsi onların aşkarlanmasını çətinləşdirir;
- yeni yerləşdirmə üsulları (təyyarədən atılır və ya artilleriya vasitəsilə yayılır);
- daha mürəkkəb aktivləşdirmə cihazları ilə təchiz edilib (məsələn, mina partlamasına qarşı qorumalı vasitəyə məhəl qoymayan maqnit və seysmik təsirlər vasitəsilə aktivləşdirilə bilər, buna görə karvanlara və ya mina təmizləyənlərə qarşı istifadə edilə bilər.);
- müdaxilənin və ya çıxarılmanın qarşısını almaq üçün inkişaf etmiş fərqli qurğular quraşdırılıb.

Dizayn

Daha müasir tank əleyhinə minalar uzaqdan və ya nəqliyyat vasitələrinin təzyiqi ilə partladılan sadə minalardan fərqli olaraq daha çox inkişaf edib. Ən böyük irəliləyişlər aşağıdakı sahələrdə əldə edilib:

- Partlayıcıların gücü (plastik partlayıcıkimi partlayıcı maddələr);
- Zirehin deşilməsi effektini artırmaq üçün kumulyativ effekt;
- İnkişaf etmiş dispersiya sistemləri;
- Daha inkişaf etmiş və ya xüsusi tətikləyicilər.

Əksər müasir minalar asanlıqla aşkarlanmamaq üçün plastik materialdan hazırlanır. Yalnız nəqliyyat vasitələri tərəfindən işə salınmasını təmin etmək üçün təzyiq və ya maqnitlə aktivləşdirilmiş detonator kombinasiyalarına malikdirlər.

Dispersal sistemlər

Hərbçinin ayrı-ayrılıqda mina basdırmasının əksinə olaraq, geniş əraziləri tez bir zamanda əhatə etməsi üçün minaları sürətlə ətrafa səpələməyi bacaran bir neçə sistem mövcuddur. Bu sistem kaset bombaları şəklində ola bilər və ya toplardan atəşə tutula bilər. Kaset bombalarında hər birinə piyada əleyhinə minalarla birgə olan çoxlu sayda minalar olir. Kaset bombası əvvəlcədən müəyyən edilmiş bir yüksəkliyə çatdıqda, minaları geniş əraziyə dağıdır. Bəzi tank əleyhinə minalar isə artilleriya tərəfindən atəşə tutulmaq üçün nəzərdə tutulub.

“Off-route” tipli minalar

“Off-route” tipli minalar vasitənin altına deyil, yanında partladıldıqda təsirli olacaq şəkildə dizayn edilib. Bunlar ərazinin mina basdırmaq və ya gizlətmək üçün uyğun olmadığı hallarda faydalıdırlar. Ümumiyyətlə kumulyativ effekt məntiqi ilə işləyən mina zirehə nüfuzetmə xüsusiyyətinə malikdir. Bu prinsip bəzi Fransız və Sovet “off-route” minalarda istifadə edilib və İsrail, xüsusən də İraqda əldəqayırma partlayıcı qurğular kimi ortaya çıxıb.

“Off-route” mina ifadəsi məqsədli şəkildə hazırlanmış və istehsal olunan tank əleyhinə minalara aiddir.

Əks tədbirlər

Mina sahələrinə qarşı tətbiq olunan ən təsirli əks tədbir ya partlayıcı üsullarla, ya da mexaniki üsullarla mina təmizlənməsidir. Partlatma üsullarına "Giant Viper" və "SADF Plofadder 160" kimi tank əleyhinə minaları raketlərlə əraziyə səpələmək və ya onları təyyarədən yerə atmaq və daha sonra xüsusi qurğu ilə işə salmaq, eləcə də mina ərazisinə partlayıcı qoymaq daxildir. Mexanik üsullara şumlama və təzyiqlə məcburi partlatma daxildir. Şumda ağır zirehli tankın ön hissəsinə quraşdırılan xüsusi dizayn edilmiş cihaz geniş yolu təmizləyir. Təzyiqlə məcbur edilən partlamada ağır zirehli tank, ağır sferik və ya silindrik bərk metal silindiri qabağına itələyir və minaların partlamasına səbəb olur.

Ekipaj zədəsi ehtimalını azaltmaq üçün minaların partladılması təsirlərinə qarşı nəqliyyat vasitələrinin davamlı olmasının bir neçə yolu da var. Minanın partlayış təsiri halında, bu, partlayış enerjisini "udmaq", nəqliyyat vasitəsinin gövdəsindən kənarlaşdırmaq və ya heyət ilə təkərlərin yerə toxunduğu nöqtələr arasındakı məsafəni artırmaqla edilə bilər.

Təkərli nəqliyyat vasitəsindəki sərnişinləri qorumaq üçün sadə və olduqca təsirli texnika təkərləri su ilə doldurmaqdır. Kabin ilə təkərlər arasındakı polad lövhələr enerjini özünə çəkə bilər və kabinədən kənara əyilmək üçün bucaq açılarsa effektivliyi artar. Cənubi Afrikanın “Casspir” personal daşıyıcısında olduğu kimi təkərlər və sərnişin salonu arasındakı məsafəni artırmaq təsirli texnikadır, baxmayaraq ki, belə bir nəqliyyat vasitəsi ilə hərəkətlilik problemi var. Minaya davamlı nəqliyyat vasitəsi partlayış enerjisini sərnişinlərdən uzaqlaşdırmaq üçün paz şəklində bir sərnişin kabinindən istifadə edə bilər. Avtomobilin döşəməsindəki qum torbaları və ya yerə qoyulmuş güllə keçirməz gödəkçələr kimi tədbirlər kiçik minalardan qoruma təmin edə bilər.

Döşəmədəki və yanındakı polad lövhələr və zirehli şüşələr sərnişinləri qəlpələrdən qoruyacaq. Oturacaqların döşəmədən daha çox avtomobilin yanlarından və ya damından quraşdırılması, sərnişinləri nəqliyyat vasitəsinin konstruksiyasından ötürülən zərbələrdən qorumağa kömək edəcək və dörd tərəfli oturacaq qoşqu vasitənin yan tərəfə atılması nəticəsində yaralanma ehtimalını minimuma endirəcək.

Polis və hərbçilər ərazidən minaları çıxarmaq üçün robotlardan istifadə edə bilərlər.

Döyüşdə istifadəsi

Tank əleyhinə minalar ilk istifadəsindən etibarən aparılan əksər müharibələrdə mühüm rol oynayıb.

İkinci Dünya müharibəsi

Tank əleyhinə minalar Sovet qoşunları tərəfindən böyük miqdarda istifadə olunduğu Şərq cəbhəsində böyük rol oynadı. Ən çox yayılmış tank əleyhinə minalara TM-41, TM-44, TMSB, YAM-5 və AKS daxildir. Kursk Döyüşündə mühəndis-istehkamçılar hər kilometrə 1500 mina yerləşdirmişdilər. Bu, Moskva Döyüşündə görüləndən dörd qat çox idi.

Bundan əlavə, mobil dəstələrə birbaşa düşmən tanklarının irəliləməsi yolunda daha çox mina qoymaq vəzifəsi qoyulmuşdu. Mənbələrdən biri yazır: “Hər artilleriya taborunda və bəzi hallarda hər batareyada, hər biri 4-5 mina ilə təchiz olunmuş 5-8 mühəndisi olan mobil ehtiyat var idi. Onların funksiyası mühafizə olunmayan əraziləri minalanmaq idi. Düşmənin hücumunun istiqaməti mütləq müəyyən edilirdi. Bu minalar düşmənin bir çox tankını dayandırmaqda və məhv etməkdə olduqca təsirli oldu”.

Vermaxt Atlantik divarını qorumaq üçün tank əleyhinə minalara çox güvənirdi və yalnız Fransanın şimalında müxtəlif növdə altı milyon mina yerləşdirmişdilər. Minalar ümumiyyətlə təxminən 460 metr dərinlikdə pilləli sıra ilə düzülürdü. Piyada əleyhinə növlərlə yanaşı, müxtəlif “Tellermine, “Topfmine” və “Riegel” mina modelləri də mövcud idi. Qərb cəbhəsində, tank əleyhinə minalar müttəfiqlərin tank itkilərinin 20-22%-nə səbəb olmuşdu. Bu minaların əksəriyyəti təzyiq ilə aktivləşdiyi üçün tanklar tamamilə məhv olmaqdan daha çox sıradan çıxırdı.

Hind-Çin

Vyetnam müharibəsi zamanı həm “müntəzəm” Şimali Vyetnam Ordusu, həm də Vyetkonq qüvvələri TƏM-lərdən istifadə edirdilər. Bunlar Sovet, Çin və ya yerli istehsal idi. Pol Potun Maoist partizanları və 1979-cu ildə Kxmerləri devirmək üçün Kambocaya hücum edən Vyetnam ordusu tərəfindən Kambocada və Tailand sərhədində tank əleyhinə minalardan da geniş istifadə edildi. Təmizləmə səylərinə baxmayaraq bu minaların milyonlarla hissəsi ərazidə qalır. Onların hər il yüzlərlə ölümə səbəb olduğu təxmin edilir.

Cənubi Afrika

1960-cı illərdən bəri Afrikanın cənubundakı qarşıdurmalarda Sovet, Amerika Birləşmiş Ştatları və ya Cənubi Afrikanın dəstəklədiyi nizamsız ordular və ya partizan müharibəsi ilə məşğul olan döyüşçülər iştirak edir. Bu qarşıdurmaların tank əleyhinə mina tədqiqatı üçün əhəmiyyət kəsb edən cəhəti odur ki, bu minaların ənənəvi müharibə (və ya statik mina sahələri) xaricindəki vəziyyətlərdə geniş yayılması və eyni zamanda təsirli minaya davamlı nəqliyyat vasitələrinin inkişafını görmələridir. Nəticədə, həm Anaqola, həm də Mozambik (Kambocada olduğu kimi) bu günə qədər bu cür qurğularla doludur.

Cənubi Anqola və Namibiyanın şimalındakı ərazini əhatə edən Anqola Vətəndaş Müharibəsi və ya Cənubi Afrika Sərhəd Müharibəsində kiçik qrupların sızması və aşkarlanmadan minalar basdırması asan idi. Tank əleyhinə minalar ən çox mülki və hərbi maşınların istifadə etdiyi ümumi yollara qoyulurdu və böyük psixoloji təsir göstərirdi.
Mina mürəkkəb tənzimləmələrlə qoyulurdu. Taktikalardan biri partlayışın təsirini artırmaq üçün bir-birinin üstünə çoxlu mina qoymaq idi. Başqa ümumi taktika bir-birindən bir neçə metr məsafədə yerləşdirilmiş bir neçə minanı bir-birinə bağlamaq idi, belə ki, hər hansı biri işə salındıqda hamısı partlayacaqdı.

Məhz bu təhlükə səbəbindən ilk uğurlu mina mühafizə vasitələrindən (MRAP) bəzilərinin Cənubi Afrika hərbi və polis qüvvələri tərəfindən hazırlandığı məlumdur. Bunlardan ən başlıcası “Buffel” və “Casspir” zirehli personal daşıyıcıları və “Ratel” zirehli döyüş maşını idi. Onlar partlayış gücünü sakinlərdən uzaqlaşdıran V şəkilli gövdələrdən istifadə etdilər. Əksər hallarda sərnişinlər tank əleyhinə mina partlayışlarından yalnız kiçik yaralanmalarla xilas olurlar. Avtomobillərin özləri tam olaraq bu səbəbdən modul və dəyişdirilə bilən, dizayn edilmiş təkərlərlə təchiz edilir.

Yaxın Şərqdəki missiyalarda iştirak edən əksər ölkələr RG-31 (Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları) və RG-32 (İsveç) kimi bu vasitələrin müasir variantlarından istifadə edirlər.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: TƏM   Mina  

Hər kilometrə 1500 mina?| “Tank qatilləri”nin dizaynı, tətbiqi və ona qarşı əks tədbirlər (ARAŞDIRMA)

2021/06/45654-14620838571.jpg
Oxunub: 2400     15:06     25 İyun 2021    

Bizi "telegram"da izləyin