"Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi" - Ərdoğan

2021/06/ab143-1623779986.jpg
Oxunub: 476     21:34     15 İyun 2021    
"Bu gün təbii ki, fərqli bir həyəcanın, hisslərin içindəyik. Allaha şükür olsun ki, daha əvvəl verdiyimiz sözümüzü bu gün yerinə yetiririk. Qırx dörd günlük məlum müharibənin nəticəsində Qarabağ, çox şükürlər olsun ki, sahiblərinə qovuşdu və erməni zülmündən, erməni işğalından azad edildi".

Ordu.az xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.

"Hazırda arxa fonda görünən bina, əslində, erməni zülmünün təəssüf ki, bu şah əsərləri nə hala gətirdiyinin bir ifadəsidir. Qardaşım da fon olaraq mətbuat konfransı üçün olduqca anlamlı bir yer seçib. Bir tərəfdə valilik binası, o biri tərəfdə də təəssüf ki, ermənilərin, necə deyərlər, yerlə-yeksan etdikləri bir bina.

15 İyun – Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə ümummilli lider Heydər Əliyevi rəhmətlə anırıq, ruhu şad olsun deyirik.

Bildiyiniz kimi, qəhrəman Azərbaycan Ordusunun Qarabağ Zəfərinin sevincini qardaşım cənab Əliyevlə keçən il dekabrın 10-da Bakıda birlikdə bölüşmüşdük. O gün tamamilə başqa bir coşqu, başqa bir həyəcan var idi. Altı ay sonra qədim Şuşa şəhərində onunla bir yerdə olmaqdan böyük məmnunluq duyuram. Verdiyimiz söz, çox şükür, yerinə yetirildi", - deyə Türkiyənin dövlət başçısı bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Qarabağ  

"Qarabağ sahiblərinə qovuşdu və erməni zülmündən, işğalından azad edildi" - Ərdoğan

2021/06/ab143-1623779986.jpg
Oxunub: 477     21:34     15 İyun 2021    

Bizi "telegram"da izləyin