"Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldırır" - İlham Əliyev

2021/06/60c8a-1623763291.jpg
Oxunub: 614     17:20     15 İyun 2021    
“Bu gün biz qardaş ölkənin əziz Cümhurbaşkanı - Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında salamlayırıq. Fürsətdən istifadə edərək əziz qardaşımı Şuşada Qarabağda bütün Azərbaycan xalqı adından salamlamaq istəyirəm”.

Ordu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı Türkiyə Prezidentinin Azərbaycanda dəfələrlə olduğunu bildirib: “Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz birlikdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış birgə bəyannamə, müttəfiqlik haqqında bəyannamə, əlaqələrimizi münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin adı müttəfiqlik haqqında Bəyannamədir. Bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Bu gün biz keyfiyyətcə yeni əlaqələr qurmuşuq. Və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


"Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldırır" - İlham Əliyev

2021/06/60c8a-1623763291.jpg
Oxunub: 615     17:20     15 İyun 2021    
“Bu gün biz qardaş ölkənin əziz Cümhurbaşkanı - Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında salamlayırıq. Fürsətdən istifadə edərək əziz qardaşımı Şuşada Qarabağda bütün Azərbaycan xalqı adından salamlamaq istəyirəm”.

Ordu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı Türkiyə Prezidentinin Azərbaycanda dəfələrlə olduğunu bildirib: “Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz birlikdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış birgə bəyannamə, müttəfiqlik haqqında bəyannamə, əlaqələrimizi münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin adı müttəfiqlik haqqında Bəyannamədir. Bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Bu gün biz keyfiyyətcə yeni əlaqələr qurmuşuq. Və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin