Litva 2030-cu ilədək müdafiə xərclərini ÜDM-nin 2.5%-nə çatdıracaq

2021/06/96932-1623740332.jpg
Oxunub: 536     15:45     15 İyun 2021    
Litva müdafiə xərclərini 2030-cu ilə qədər xərcləri Ümumi Daxili Məhsulun (ÜDM) 2.5%-nə çatdırmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bunu Brüsseldə keçirilən NATO sammitində Litva Prezidenti Gitanas Nauseda deyib.

“Bu NATO sammitinin əhəmiyyətini vurğulamalıyıq, çünki bu, xüsusilə Şərq tərəfdən artan təhdidlərlə qarşılaşdığımız xüsusi bir vaxtda baş verir. Buna görə də bu gün bizə əvvəllər heç olmadığı kimi güclü, canlı və etibarlı NATO lazımdır”, - deyə o qeyd edib.

Litva Prezidenti bildirib ki, ölkəsi NATO-ya kollektiv müdafiə və çəkindirmə sistemi olaraq mümkün qədər çox töhfə vermək isrəyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   NATO  


Litva 2030-cu ilədək müdafiə xərclərini ÜDM-nin 2.5%-nə çatdıracaq

2021/06/96932-1623740332.jpg
Oxunub: 537     15:45     15 İyun 2021    
Litva müdafiə xərclərini 2030-cu ilə qədər xərcləri Ümumi Daxili Məhsulun (ÜDM) 2.5%-nə çatdırmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bunu Brüsseldə keçirilən NATO sammitində Litva Prezidenti Gitanas Nauseda deyib.

“Bu NATO sammitinin əhəmiyyətini vurğulamalıyıq, çünki bu, xüsusilə Şərq tərəfdən artan təhdidlərlə qarşılaşdığımız xüsusi bir vaxtda baş verir. Buna görə də bu gün bizə əvvəllər heç olmadığı kimi güclü, canlı və etibarlı NATO lazımdır”, - deyə o qeyd edib.

Litva Prezidenti bildirib ki, ölkəsi NATO-ya kollektiv müdafiə və çəkindirmə sistemi olaraq mümkün qədər çox töhfə vermək isrəyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   NATO  


Bizi "telegram"da izləyin