Səudiyyəyə 78 milyon dollarlıq SLAM-ER raket tədarük ediləcək

2021/06/SLAM--1623739981.jpg
Oxunub: 646     14:32     15 İyun 2021    
ABŞ Müdafiə Nazirliyi Səudiyyə Ərəbistanına SLAM-ER raketləri tədarük etməsi üçün “Boeing” şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin ümumi dəyəri 78.35 milyon dollardır. Müqavilə çərivəsində raketlərlə yanaşı əlaqəli vasitələrin tədarükü də həyata keçirilib.

Razılaşma çərçivəsində alınan xidmətlər və tədarüklərin 2026-cı ildə tamamlanması planlaşdırılır.

“Boeing” şirkəti 2020-ci ilin mayında Riyad rəhbərliyi ilə 1,9 milyard dollarlıq SLAM-ER raket satışı müqaviləsi imzalayıb. ABŞ Prezidenti Co Bayden hakimiyyətə gəldikdən sonra Səudiyyə Ərəbistanı və BƏƏ-yə silah satışınlarını yenidən nəzərdən keçiriləcəyini bildirmişdi.

SLAM-ER həm uzun məsafəli, həm də çevik terminal hücum profillərinə imkan verən qlobal naviqasiya sistemi ilə təchiz edilən inkişaf etmiş dəqiqliyə malik qanadlı raketdir.

SLAM-ER raketi F/A-18C/D/E/F və P-3 platformaları tərəfindən atıla və idarə edilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə   ABŞ   Raket  


Səudiyyəyə 78 milyon dollarlıq SLAM-ER raket tədarük ediləcək

2021/06/SLAM--1623739981.jpg
Oxunub: 647     14:32     15 İyun 2021    
ABŞ Müdafiə Nazirliyi Səudiyyə Ərəbistanına SLAM-ER raketləri tədarük etməsi üçün “Boeing” şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin ümumi dəyəri 78.35 milyon dollardır. Müqavilə çərivəsində raketlərlə yanaşı əlaqəli vasitələrin tədarükü də həyata keçirilib.

Razılaşma çərçivəsində alınan xidmətlər və tədarüklərin 2026-cı ildə tamamlanması planlaşdırılır.

“Boeing” şirkəti 2020-ci ilin mayında Riyad rəhbərliyi ilə 1,9 milyard dollarlıq SLAM-ER raket satışı müqaviləsi imzalayıb. ABŞ Prezidenti Co Bayden hakimiyyətə gəldikdən sonra Səudiyyə Ərəbistanı və BƏƏ-yə silah satışınlarını yenidən nəzərdən keçiriləcəyini bildirmişdi.

SLAM-ER həm uzun məsafəli, həm də çevik terminal hücum profillərinə imkan verən qlobal naviqasiya sistemi ilə təchiz edilən inkişaf etmiş dəqiqliyə malik qanadlı raketdir.

SLAM-ER raketi F/A-18C/D/E/F və P-3 platformaları tərəfindən atıla və idarə edilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə   ABŞ   Raket  


Bizi "telegram"da izləyin