Bərdədə şəhidlərin adının əbədiləşdirilməsi münasibətilə xatirə bulağı kompleksi inşa edilib – FOTOLAR

2021/06/20105-1623667879.jpg
Oxunub: 554     14:49     14 İyun 2021    
Azərbaycan Vətən müharibəsində qazandığımız qələbə torpaqlarımızın bütövlüyü, suverenliyimizin əbədi olması uğrunda tökülən qanların əbəs olmadığını bir daha sübut etdi. Bu gün qazanılan qələbə tarix boyu haqq işimiz uğrunda canından keçən şəhidlərimizin başladığı mübarizənin məntiqi sonluğudur. Artıq bu qələbədən sonra hər bir kəndimizdə, şəhər və qəsəbələrimizdə şəhidlərin əziz xatirəsi uca tutulur, onların adının əbədiləşdirilməsi yolunda müxtəlif addımlar atılır.

Ordu.az xəbər verir ki, bu cür anma tədbirlərindən biri də Bərdə rayonu Məmmədli kəndində keçirilib.

Bərdə rayonu Məmmədli kəndindən 1991-98-ci illərdə 4 şəhid olub. Məmmədli kəndində Vətən müharibəsi zamanı onlarla kənd sakini könüllü olaraq Vətən müharibəsində iştirak üçün müraciətlər edib. Bir neçə gənc isə Vətən müharibəsinin qazisidir.

Kənd sakini Etibar Nuriyevin təşkilatçılığı və kənd sakinlərinin dəstəyilə Məmmədli kəndində bu kəndin 4 şəhidinin adının əbədiləşdirilməsi münasibətilə xatirə bulağı kompleksinin açılışı olub. Tədbirdə çıxış edənlər bildiriblər ki, Vətən torpağının azadlığı uğrunda canından keçən Vətən övladlarının hansı ildə şəhid olmasından asılı olmayaraq, onların bu müqəddəs amal uğrunda atdıqları addım hər kəs üçün örnək olacaq.

Vətən müharibəsi şəhidlərinin tanınması və unudulmaması üçün onların xatirəsinə ucaldılan bulaq kəndin girişində inşa edilib. Bulaq kompleksi bu kənd sakinlərilə yanaşı həm də kəndə gələn qonaqların diqqətini cəlb etmək üçün ideal yerdədir. Kəndin şəhidlərinin timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan işlər və uğurlu nəticələrlə bağlı kəndin kitabxana və məktəbində qələbə posterlərinin hazırlanmasının nəzərdə tutulduğu bildirildi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bərdə   Məmmədli  

Bərdədə şəhidlərin adının əbədiləşdirilməsi münasibətilə xatirə bulağı kompleksi inşa edilib – FOTOLAR

2021/06/20105-1623667879.jpg
Oxunub: 555     14:49     14 İyun 2021    

Bizi "telegram"da izləyin