Ermənistanın İranda ortaya çıxan təyyarəsi ilə bağlı istintaq başa çatıb

2021/06/00-53-1623664529.jpg
Oxunub: 512     14:55     14 İyun 2021    
2021-ci il fevralın 19-da və 20-də “Fly Armenia Airways” MMC tərəfindən istismar edilən “Boeing B737-300 EK-FAA” nömrəli təyyarənin birdəfəlik texniki daşınma uçuşları zamanı baş vermiş hadisənin peşəkar istintaqı başa çatıb, nəticədə uçuş təhlükəsizliyini təhdid edən çatışmazlıqlar qeydə alınıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.

“Qeydə alınmış çatışmazlıqları, eləcə də “Fly Armenia Airways” MMC-nin bu anda istismar üçün hər hansı yararlı təyyarəyə sahib olmaması faktını əsas qəbul edərək 070 nömrəli təyyarəni istismar edən sertifikatını dayandırmaq barədə qərar qəbul edilib”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətində qeyd olunan hadisə ilə bağlı istintaq davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Ermənistanın İranda ortaya çıxan təyyarəsi ilə bağlı istintaq başa çatıb

2021/06/00-53-1623664529.jpg
Oxunub: 513     14:55     14 İyun 2021    
2021-ci il fevralın 19-da və 20-də “Fly Armenia Airways” MMC tərəfindən istismar edilən “Boeing B737-300 EK-FAA” nömrəli təyyarənin birdəfəlik texniki daşınma uçuşları zamanı baş vermiş hadisənin peşəkar istintaqı başa çatıb, nəticədə uçuş təhlükəsizliyini təhdid edən çatışmazlıqlar qeydə alınıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.

“Qeydə alınmış çatışmazlıqları, eləcə də “Fly Armenia Airways” MMC-nin bu anda istismar üçün hər hansı yararlı təyyarəyə sahib olmaması faktını əsas qəbul edərək 070 nömrəli təyyarəni istismar edən sertifikatını dayandırmaq barədə qərar qəbul edilib”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətində qeyd olunan hadisə ilə bağlı istintaq davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin